Proqnozlar özünü doğrultmadı
06:57 14.11.2020
Sağlamlıq
788
Koronavirus zəifləmək bilmir, öldürücülük qabiliyyəti, daha da artır
"Artıq diqqətimizi koronavirusa yönəltməliyik, bütün əhalimizi qorumalıyıq. Ölənlər arasında çox dəyərli insanlar görürük"
Artıq 11-ci aydır ki, dünya gözəgörünməz "taclı” düşmənlə, kiçicik bir virusla ölüm-qalım savaşı aparır. Bu savaşın nə vaxt bitəcəyini hələlik heç kəs bilmir. Virusa yoluxanların, həyatını itirənlərin sayı günbəgün artır, rəqəmlər saatbasaat dəyişir.
Digər ölkələrlə müqayisədə Azərbaycanda koronavirusa yoluxma və ölüm halları azdır. Bu isə ölkəmizin qlobal pandemiyanın öhdəsindən bacarıqla gəldiyini aydın göstərir. Məhz dövlət tərəfindən vaxtında atılan mühüm addımlar, məhdudlaşdırıcı tədbirlər, karantin rejiminin tətbiqi ölkədə koronavirusa kütləvi yoluxma hallarının qarşısını alıb. Lakin son həftələr infeksiyaya gündəlik yoluxma hallarında nəzərəçarpan artım narahatlıq doğurmağa başlayıb.
Həkim Şahin Məmmədov deyir ki, bu gün ölkəmizdə "Covid -19" a yoluxma rekord həddədir. Həkim bildirib ki, proqnozlarımızın əksinə olaraq koronavirus heç də zəifləmək bilmir:
"Hətta onun öldürücülük qabiliyyətində belə azalma yoxdur. Görünür, bir müddət də gözləməliyik. Artıq insanların özünü qoruması da xeyli çətinləşib. Çünki qıraqdan xəstə kimi görünməyən daşıyıcıların da sayı həddən artıq çoxalıb. İctimai nəqliyyatda sıxlığın yüksək səviyyədə olması yoluxmanı artırır".
Həkim qeyd edib ki, artıq bütün diqqətimizi və gücümüzü koronavirusa yönəltməliyik: "Zəng edən insanlar tibbi yardım məsələləri ilə bağlı çox şikayətlər edir.
Fikrimcə, artıq diqqətimizi koronavirusa yönəltməliyik, bütün əhalimizi qorumalıyıq. Ölənlər arasında çox dəyərli insanlar görürük. Hansı ki ani, təsadüfi yoluxmaya qurban gedirlər.
Ölüm sayının 20-dən çox olmasını sanki görməzdən gəlirik. Belə olmaz! Üzü qışa gedir, təcili effektiv tədbirlər görülməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İordaniyada üç silahlı kilsəyə hücum etdi - 7 ölü, 12 yaralı var
18:55 23.10.2026
Gündəm
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:47 23.10.2026
Region
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:44 23.10.2026
Dünya
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm