Qərarlar epidemioloji vəziyyət nəzərə alınaraq verilir
Məlahət Rzayeva
02:24 05.05.2021
Sağlamlıq
763
Vaksin vurdurmuş insanlara güzəştlər tətbiq etmək yanlışdır
Bu o demək deyil ki, adam sağlamdır və o, başqasını yoluxdurma təhlükəsi daşımır
Ölkədə koronavirus əleyhinə vaksinasiya davam edir. Hazırda ölkə üzrə peyvənd olunanların ümumi sayı 1 milyon 500 mindən artıqdır. Hər iki mərhələ üzrə vaksinasiya olunanların sayında da artım müşahidə edilir. Tibbi qanunauyğun bundan ibarətdir ki, vaksinasiya əhalinin böyük hissəsini əhatə etdikcə, yoluxma sayında azalma müşahidə edilməlidir.
Mütəxəssislər də müsbət irəliləyişə ümid edir. Lakin “COVİD-19”-un hər dəfə ortaya çıxan yeni ştamları vaksinasiya prosesinə əngəl də yarada bilər. Belə olduğu halda karantin qaydalarının sərtləşdirilməsi gözlənilən olacaqmı? Məsələn, qardaş Türkiyədə yoluxma sayının azaldılması məqsədilə peyvənd olunmayanların ictimai yerlərdə sərbəst hərəkətinin məhdudlaşdırılması təklifləri də səslənir. Bunun insan hüquqlarına zidd olduğunu iddia edənlərsə təklifə qarşı çıxır.
Peyvəndləmə kampaniyası gözlənilən nəticəni verməzsə, belə qaydanın tətbiq edilməsi zərurətə çevrilə bilərmi?
“Şərq”ə açıqlamasında Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla qeyd etdi ki, hər şey epidemioloji vəziyyətdən asılıdır:
- Hər bir qərar epidemioloji vəziyyət nəzərə alınmaqla verilir. Kor-koranə qərar vermək olmaz. Vaksin vurdurmaq hələ təhlükədən azad olmaq deyil. Vaksin vurdurmuş insanda koronavirusa qarşı qorunma yaranıb, yaranmayıb, bu hələ bilinmir. Vətəndaş anti-kor testi verməlidir, vaksindən sonra virusa qarşı onda immunitetin formalaşıb-formalaşdığı müəyyənləşməlidir. Kimsə vaksin vurdurub deyə, ona sərbəst hərəkət hüququ tanımaq, vaksin vurdurmayanların hərəkətini isə məhdudlaşdırmaq doğru yanaşma olmaz. Vaksin vurdurmuş insanlara xüsusi güzəştlər tətbiq etmək yanlışdır. Vaksin vurdurmaq o demək deyil ki, adam sağlamdır və o, başqasını yoluxdurma təhlükəsi daşımır. Ona görə də belə bir qərarın veriləcəyi mümkün görünmür.
A.Qeybulla peyvəndləmənin yoluxmaya ciddi təsir etməli olduğunu bildirdi:
- Dünya tibb təcrübəsində belədir ki, peyvəndləmə sürətlənirsə, əhalinin böyük qismini əhatə edirsə, xəstəlik yavaş-yavaş yoxa çıxır. Koronavirus da əbədi bizimlə qalası deyil. Sadəcə, hazırda bizi narahat edən Hindistan ştammıdır. Ümid edək ki, bu ştamm Azərbaycanda aşkarlanmayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi