
Qızılca virusundan ən effektiv qorunma üsulu peyvənddir - İnfeksionist-hepatoloq
Yusif Nəzərli
07:30 13.05.2025
Sağlamlıq
322
İlk simptomları 8-12 gün sonra üzə çıxır
Virus xüsusilə uşaqlar və peyvənd olunmamış şəxslər üçün ciddi risk yaradır
Son aylarda Azərbaycanda qızılca xəstəliyinə tək-tək hallarda rast gəlinir. Görülən məqsədyönlü tədbirlər nəticəsində son aylarda Azərbaycanda qızılca halları yalnız sporadik (tək-tək) şəkildə qeydə alınır. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (GEM) verilən məlumatda qeyd olunub ki, ölkədə infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət ümumilikdə sabitdir: "Mövsüm dəyişikliyi ilə əlaqədar bəzi respirator xəstəliklərin artımı müşahidə olunsa da, bu, gözlənilən və nəzarət altında olan bir haldır".
Məlumata görə, qızılca xəstəliyinə qarşı profilaktik tədbirlər davam etdirilir: "Hazırda ölkədə kifayət qədər peyvənd ehtiyatı mövcuddur və müalicə-profilaktika müəssisələrində peyvəndləmə işləri planlı şəkildə aparılır".
İnfeksionist-hepatoloq Mərdan Əliyev “Sherg.az”a açıqlamasında qızılca virusunun xüsusilə uşaqlar və peyvənd olunmamış şəxslər üçün ciddi risk yaratdığını bildirib. Onun sözlərinə görə, xəstəliyin ilk simptomları virusa yoluxduqdan 8-12 gün sonra üzə çıxır və bu əlamətlər çox zaman yuxarı tənəffüs yolları infeksiyası ilə qarışdırılır:

“Qızılcanın ilkin simptomlarına burun axması, öskürək, asqırma, halsızlıq, yüksək hərarət, boğaz ağrısı və ağızda – xüsusən də diş ətləri və yanaqların iç tərəfində – xırda boz ləkələrin yaranması daxildir. İlk 1-3 gündə işığa qarşı həssaslıq da müşahidə oluna bilər. 4-8-ci günlərdə bədən temperaturu 39-41°C-ə qədər yüksəlir. Qızılca zamanı qulaq və boyun arxasında başlayan səpgilər əvvəlcə üzü, daha sonra gövdəni və nəhayət ətrafları əhatə edir. Bu səpgilər qırmızı-qəhvəyi rəngdə, yastı formalı və dəri səthində yüngül şişkinliklə müşayiət olunur. Təxminən 4 gün davam edən səpgilər daha sonra yuxarıdan aşağıya doğru solaraq yox olur. Hərarət səpgilərlə birlikdə enməyə başlayır, lakin öskürək 10 günə qədər davam edə bilər”.
İnfeksionist bildirib ki, 5 gündən çox davam edən yüksək hərarət qızılca ilə əlaqəli pnevmoniya və otit kimi ağırlaşmaların əlaməti ola bilər:
“Qızılca hallarının təxminən 30 faizində bir və ya bir neçə ağırlaşma müşahidə olunur. Xüsusilə 1 yaşa qədər olan uşaqlarda və peyvənd olunmamış böyüklərdə bu risk daha yüksəkdir. Qızılca həmçinin ishal, korluq və ensefalit (beyin iltihabı) kimi fəsadlara səbəb ola bilər. Qızılca xəstəliyinə səbəb olan Rubeola virusu yüksək yoluxuculuğa malikdir. Yoluxmuş şəxsin öskürməsi, asqırması və ya danışması zamanı havaya yayılan tüpürcək damcıları vasitəsilə sağlam insanlara keçir. Virus bir saatadək havada qalaraq digər şəxsləri yoluxdura bilər”.
M.Əliyevin xəbərdarlığına görə, yoluxmuş şəxsin istifadə etdiyi dəsmal, paltar, qab-qacaq və oyuncaq kimi əşyalara toxunmaq da yoluxma riski yaradır. O bildirib ki, bu cür əşyalara toxunan şəxslər əllərini yuyub gigiyena qaydalarına əməl etmədən ağız, burun və ya gözlərinə toxunsalar, virusa yoluxa bilərlər:
“Qızılca virusu ilkin mərhələdə boğaz-burun bölgəsində yerləşən limfa düyünlərinə daxil olur, daha sonra qan dövranı vasitəsilə bədənə yayılır. Xəstəliyin 15-17-ci günlərində immun sisteminin reaksiyası nəticəsində virusun çoxalması dayanır və bədən onu nəzarətə götürür. Qızılcaya qarşı ən təhlükəsiz və effektiv qorunma üsulu peyvənddir. Birinci dozadan sonra qorunma səviyyəsi 93 faiz, ikinci dozadan sonra isə 97 faizə yüksəlir. Qızılca halları müşahidə olunan bölgələrə səfər planlayanlar, peyvənd olunmamış və ya immuniteti olmayan şəxslər də peyvənd olunmalıdır. Qızılca peyvəndi iki doza şəklində tətbiq olunur: birinci doza 9 aylıqda, ikinci isə 4-6 yaş arasında verilir. Zəruri hallarda, ikinci doza daha erkən də tətbiq oluna bilər”.
Qızılcanın spesifik müalicəsinin olmadığını vurğulayan infeksionist qeyd edib ki, simptomatik müalicə – məsələn, qızdırmanı azaltmaq üçün dərmanlar və Vitamin A əlavələri – xəstəliyin şiddətini azalda bilər. Müalicə hər bir xəstənin vəziyyətinə uyğun olaraq fərdi şəkildə təyin olunmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya