Rahatlıq gəzirlər, amma arxasında faciə var
23:37 04.05.2021
Sağlamlıq
576
Son zamanlar qeysəriyyə əməliyyatından sonra qadın ölümlərinin sayı artıb
Lənkəranda doğuşdan sonra ananın ölümü ilə bağlı araşdırmalara başlanıb. Lənkəran Rayon Prokurorluğundan verilən məlumata görə, mayın 3-də saat 21 radələrində Lənkəran rayonunun Soru kənd sakini Xangəldiyeva Rəqsanə Səmid qızının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 2-də “39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş” diaqnozu ilə daxil olduğu Lənkəran rayon Mərkəzi Xəstəxanasının Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilib. Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq"ə açıqlamasında vurğulayıb ki, ümumiyyətlə, qeysəriyyə doğuşlarına görə konkret göstəriş olmalıdır. Əgər bu olarsa, o zaman onun həyata keçirilməsi məqsədəuyğundur:
"Göstəriş yoxdursa, yaxşı olar ki, təbii şəkildə doğuş həyata keçirilsin. Son zamanlar qeysəriyyə əməliyyatından sonra qadın ölümlərinin sayının artdığı barədə məlumatlar səsləndirilir. Ancaq hesab edirəm ki, ölüm hallarının qeysəriyyə səbəbindən artması heç də doğru fikir deyil. Bu, Azərbaycanda hamiləliklərin normal fizioloji olmamasına daha çox bağlıdır. Çünki bu gün normal fizioloji hamiləlik tapmaq çətindir".
A.Qeybulla əlavə edib ki, təəssüflər olsun ki, son zamanlar ölkəmizdə qeysəriyyədən əməliyyat olunanların sayı çoxalıb:
"Müxtəlif səbəblərdən, nədənsə, qadınlar buna meyillənirlər. Sadəcə olaraq hansısa ölüm halları baş verdikdə bunu dərhal əməliyyatla bağlayırlar. Amma çox nadir hallarda əməliyyata görə ölüm halları baş verə bilər. Əsasən bu, hamiləliklərə bağlıdır. Məsələn, ya qadının hansısa yanaşı bir xəstəliyi ola bilər və yaxud da həkimə çox gec müraciət edirlər və s. Ona görə də hamiləliyi fizioloji normal keçən adamların sayı demək olar ki, bu günləri tək-tükdür. Ona görə də bu kimi xoşagəlməz hallar yaşanır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi