
Sığınacaqda 40 uşaq qızılcaya yoluxub- Açıqlama
Yusif Sultanoğlu
05:16 07.12.2023
Sağlamlıq
627
Qızılca sığınacaqlara da çatdı. Verilən məlumata görə, Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzindəki 40 uşaq qızılcaya yoluxub.
Bu barədə birliyin sədri və mərkəzin rəhbəri Kəmalə Ağazadə məlumat verib.

“Sherg.az”a açıqlamasında K.Ağazadə qeyd edib ki, həmin uşaqlardan nisbətən ağır vəziyyətdə olanlardan 25-i xəstəxanaya yerləşdirilib. Digərlərinin müalicəsi isə sığınacaqda aparılır:
"Biz ilk növbədə vəziyyəti ağır olanları xəstəxanaya yerləşdiririk. Uşaqlardan 25 nəfər 1 saylı Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Əksəriyyəti 5 yaşadək olan körpələrdir. Yoluxmuş uşaqlara hazırda peyvənd vurmaq olmaz. Gigiyenik qaydalara isə biz onsuz da həmişə riayət edirik. Gigiyena və Epidemiologiya Mərkəzindən gəliblər və dezinfeksiya işləri görülüb. Müqavilə bağladığımız sanitariya şirkəti var, əməkdaşlar mütəmadi olaraq gəlirlər, uşaqlar xəstəxanaya göndərildikcə otaqlar təmizlənir, təmizlik işləri aparılır. Biz Binəqədi rayonu, 20 saylı poliklinikaya mütəmadi məlumat veririk. Təşəkkür edirəm poliklinika rəhbərliyinə, hər gün bir həkim, bir tibb bacısı sığınacağa gəlir, uşaqları müayinə edir. Uşaqların qızdırması düşmədiyi halda xəstəxanaya yerləşdirilir. Çünki qızdırmanın enməməsi təhlükəlidir. Belə uşaqlar xəstəxanada tibbi personalın nəzarəti altında olmalıdırlar. Mənim tibbi personalım yox, həkimim yox... Axşam hansısa uşağın qızdırması qalxsa, vəziyyəti ağırlaşsa, necə olar? Düşünürəm ki, biz düzgün addım atırıq. Hesab edirəm ki, bu cür vəziyyətdə müəssisələrin karantinə qapanması çox önəmlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm