
Sintetik qidalar var: Yeyilən plastiklər də istehsal olunur
Yusif Nəzərli
13:25 22.03.2024
Sağlamlıq
925
İndiki meyvə-tərəvəzlərlə keçmişdəkilərin tərkibi eyni deyil. Hazırda yetişən meyvə-tərəvəzlər vitamin və mineralları ehtiva etmir, tərkibində təbii vitaminlər çox azdır
“Alıcı ehtiyatlı olmalıdır. Aldığı qida məhsulunun tərkibinə diqqət etməlidir. Əgər onun tərkibində qida əlavə hesab edilməyən maddələr varsa, bu məhsuldan imtna etməlidir”.

Bu sözləri “Sherg.az”a açıqlamasında qida eksperti Ağa Salamov qida əlavələri ilə bağlı yeni qaydaları şərh edərkən söylədi. Xatırladaq ki, “Qida əlavələrinə dair sanitariya norma və qaydalar”ı təsdiq edilib. Yeni qaydalara əsasən, aşağıda sadalananlar qida əlavəsi hesab edilmir: - monosaxaridlər, disaxaridlər və ya oliqosaxaridlər və tərkibində bu maddələri ehtiva etməsi səbəbindən şirinləşdirici məqsədlər üçün istifadə olunan qida məhsulları, qurudulmuş və ya qatılaşdırılmış qida məhsullarının, o cümlədən, mürəkkəb qida məhsullarının istehsalı zamanı istifadə olunan aromatlaşdırıcı, dadlandırıcı və ya qidalandırıcı xüsusiyyətləri ilə yanaşı ikincili rəngləyici təsirə malik olan dad-aromatik maddələr, qida məhsullarında örtük materialı kimi istifadə edilən, qida məhsulunun tərkib hissəsi olmayan və onunla birgə istehlak edilməsi nəzərdə tutulmayan maddələr, tərkibində pektin olan məhsullar və qurudulmuş alma cecəsi, sitrus meyvələri və ya heyvanın qabığından və ya onların qarışığına turşu əlavə edilməsi, daha sonra natrium və ya kalium duzları ilə qismən neytrallaşması nəticəsində əldə edilən maddələr (maye pektin), həmçinin saqqız mayası, qan plazması, yeyilə bilən jelatin, süd zülalı və qlüten, qlütamin turşusu, qlisin və sair. Bu Qaydaların əhatə dairəsinə aid edilməyən qida əlavələri və ya həmin qida əlavələrinin istifadə edildiyi qida məhsullarının dövriyyəsinə yol verilmir.
Qida mütəxəssisi Ağa Salamov qeyd etdi ki, indiki meyvə-tərəvəzlərlə keçmişdəkilərin tərkibi eyni deyil. Hazırda yetişən meyvə-tərəvəzlər vitamin və mineralları ehtiva etmir, tərkibində təbii vitaminlər çox azdır. Bu da vitaminsizliyə yol açır. Odur ki orqanizmin vitamin və minerallar əldə etməsi üçün qida əlavələrinə üz tuturlar, təbii ki həkim məsləhəti ilə:
- İmmuniteti yüksəltmək, müəyyən endokrinoloji problemlər, saç tökülməsi, dırnaq qırılması və sair zamanı tərkibində vitaminlər olan qida əlavələri təyin edilir. Amma əgər bu qida əlavələrinin tərkibində kimyəvi qatqılı maddələr olacaqsa, daha bunun nə faydası? Bu qida əlavələrində süni rəngləndirci, dadlandırıcı, qapaq örtüyünün üzərində sintetik maddə olarsa xaric edilməsi lazımdır. Qida əlavələrində süni rəngləndricilər, dadlandırıcılar, şirinləşdiricilər olmamalıdı. Örtük hissədə qidaya aidiyyatsız maddələrin olmaması gərəkdir. Elə qida əlavələri var ki qapaq örtüyü qida deyil, amma onunla birlikdə istehsal olunub. Bu isə təbii qida əlavəsi sayıla bilməz. Çünki qida əlavəsi faydalı olmaq üçündür. Orqanizmin vitamin və minerallar qəbul etməsni istəyiriksə qida əlavəsinin tərkibində kimyəvi qatqılı maddə olmamalıdır, orqanik olmalıdır. Bilirik ki, hazırda sintetik maddələrdən istifadə edilməklə də qida məhsulları istehsal edilir. Bunlar orqanizm üçün çox təhlükəlidir. Bu baxımdan qida əlavələriylə bağlı yeni qaydaların təsdiqlənməsi təqdirəlayiqdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya