Son bir ildə Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 5500-dən çox adam qəbul edilib
Yusif Nəzərli
07:36 24.05.2024
Sağlamlıq
514
Son 1 ildə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində 6 minə yaxın vətəndaşa tibbi xidmət göstərilib.
TƏBİB-dən APA-ya verilən xəbərə görə, Qafqazda ilk kəskin kimyəvi zəhərlənmələrin müayinəsi və müalicəsi ilə məşğul olan Toksikologiya şöbəsinin əsaslı təmirindən və müasir tibbi avadanlıqlarla təchiz olunmasından sonra şöbəyə müaraciət edən pasiyentlərin də sayında artım müşahidə olunub.
Son bir ildə şöbəyə zəhərlənmə səbəbilə 5548 nəfər qəbul edilib ki, bu da ötən dövrlə müqayisədə kifayət qədər yüksək rəqəm hesab edilir. Onlardan 500-ü uşaq, 2020-si kişi, 3028-i qadın olub. Pasiyentlərə zəruri tibbi yardım göstərilib, düzgün və vaxtında aparılan müayinə və müalicə proseslərindən sonra sağlamlığına qovuşublar.
Zəhərlənmə halları arasında dərmandan, sirkə turşusundan, dəm qazından zəhərlənmələri halları üstünlük təşkil edib.
Məlumat üçün bildirilib ki, Toksikologiya şöbəsində zəhərlənmiş qanın təmizlənməsi üçün ən müasir ekstrokorporal metodlardan istifadə edilir. Həmçinin kəskin dəm qazı zəhərlənmələri üçün Barokamera bölməsi də fəaliyyət göstərir.
Şöbə süni tənəffüs aparatları, defebrilyator, EKQ aparatları, təcili yardım arabaları ilə təchiz olunub və sutkanın 24 saatı fəaliyyət göstərir. Reanimasiya otaqlarında 4-ü uşaq çarpayısı olmaqla, dördfunksiyalı 12 çarpayı, monitorlar, infuzomatlar, perfuzorlardan, kəskin böyrək çatışmazlığı halları üçün isə iki yerlik hemodializ və osmos aparatından istifadə edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm