Statistika dəyişir, yaxşı əlamət deyil
07:52 14.11.2020
Sağlamlıq
890
Koronavirusdan qorunma yollarını hamı yaxşı bilir. Bu məsələdə kimisə günahlandırmaq fayda verməyəcək. Amma son günlər hər kəs özünü qorusa yaxşıdır
Qlobal problemə çevrilmiş yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı bütün dünyada intensiv qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, pandemiyanın qarşısını almaq və onun törətdiyi fəsadları minimuma endirmək səyləri hələ də nəticə vermir. Dünya ölkələrində COVID-19 pandemiyasının getdikcə daha geniş yayılması, koronavirus infeksiyasına yoluxma və ölüm hallarının kəskin artması müşahidə olunur.
Pandemiyanın başlanmasından indiyədək dünyada 49 milyondan çox insan koronavirusa yoluxub, 1 milyondan çox insan dünyasını dəyişib. Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxanların sayında artım müşahidə edilir.
Həkim pediatr Vaqif Qarayev deyir ki, ölkəmizdə koronavirusla bağlı statistik rəqəmlər artan tendensiya ilə gedir. Həkimin sözlərinə görə, bu heç də yaxşı əlamət deyil:
"Təbii ki, artıq aylardır ki, tüğyan edən koronavirusdan qorunma yollarını hamı yaxşı bilir. Bu məsələdə kimisə günahlandırmaq fayda verməyəcək. Amma son günlər hər kəs özünü qorusa yaxşıdır. Çünki "COVİD-19"la bağlı hələlik tibdə qalıcı məlumatlar yoxdur və tez-tez hər şey dəyişir. Yaş limiti haqqında deyilənlər artıq özünü doğrultmur. İndi hətta yeni doğulanlar da koronavirusa yoluxur. Sağalanların yaş qrupuna gəldikdə, Gürcüstanda 102 yaşlı qadın bu virusdan sağalıb. Hələlik ona qarşı effektiv peyvənd yoxdur. Buna görə də çıxış yolumuz yalnız özümüzün sağlamlığımızı qorumaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İordaniyada üç silahlı kilsəyə hücum etdi - 7 ölü, 12 yaralı var
18:55 23.10.2026
Gündəm
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:47 23.10.2026
Region
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:44 23.10.2026
Dünya
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm