TƏBİB-ə də təbib lazım olarmış!- “Dərmanlar çox baha, yazıq insanlar…”
12:36 30.08.2021
Sağlamlıq
579
COVİD-19 virusuna yoluxma statistikası 4 mini ötüb. Koronavirusun müalicəsində effektiv hesab edilən dərmanlar isə "od qiymətinədir". Virusa yoluxanlar, eləcə də sağalanlar TƏBİB və Səhiyyə Nazirliyindən gileylənirlər.
Korona bəlasından yenicə sağalmış jurnalist Famil Cəfərli Feysbuk profilində yazır:
“Bir nəfərin virusdan sağalması üçün 1500-1800 manat vəsait lazımdır”. Digər Feysbuk istifadəçisi Nüşabə Əsədova adlı şəxs isə "dərmanlar çox baha, yazıq insanlar" statusunu paylaşıb. Bu məsələ dəfələrlə gündəmə gəlsə də , müvafiq orqanlar məsuliyyəti bir-birinin üzərinə atırlar. Deyəsən, bu qurumların özünə də bir təbib lazımdır.
Pandemiyaya görə işsiz qalan, sosial təminatı yaxşı olmayan ailənin bir və ya bir neçə üzvü koronavirusa yoluxarsa, həmin ailəni hansı acı aqibətin gözlədiyini təsəvvür etmək çətin deyil.
Bir sözlə, o ailə ya böyük məbləğdə borclanmalıdır, ya da sadəcə özünü koronavirus adlı “taclı bəlanın” pəncəsinə keçirməlidir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan həkim Həsrət Rüstəmov bildirib ki, epidemiyaya səbəb olan olan viruslar həddən artıq adamı xəstələndirdiyinə görə sığorta şirkəti onun altından qalxa bilmir. Ona görə bu cür xərcləri ödəmək dövlətin "boynunda qalır":
"Pandemiyanın ilk dönəmində qərara əsasən həkimlərin zəruri hesab etdiyi dərmanları poliklinika vətəndaşlara verirdi. Son vaxtlar bu barədə dəqiq məlumatım yoxdur.
İndiki halda vətəndaşlar dərmanı almırsa, demək, etiraz etmək də haqlıdırlar, çünki preparatları dövlət verməlidir. Vətəndaş daha etibarlı istehsalçının dərmanını istəyirsə, öz cibindən başqa yerdən ala bilər.
Amma ən zəruri sayda olan dərmanları dövlət qarşılamalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13-ə onlayn qeydiyyat bərpa edilib
16:44 20.05.2026
Cəmiyyət
“Sədaqətin Sükutu” layihəsinin hazırlıq mərhələsi başlayıb
16:42 20.05.2026
Ölkə
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq
16:34 20.05.2026
Elm və Təhsil
“CHP haramın sığınacağı ola bilməz” - Kılıçdaroğludan sərt mesaj
16:26 20.05.2026
Gündəm
Su çəkildikcə dərələrdə qram-qram qızıl yığırlar
16:20 20.05.2026
Maraqlı
İtlərdə ağız qoxusuna qarşı inqilabi kəşf - Alimlər tapdı
16:14 20.05.2026
Sağlamlıq
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region