
ÜST-dən Covid-19 xəbərdarlığı: "Son həftələrdə artmaqdadır"
09:02 07.08.2024
Sağlamlıq
621
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son bir neçə həftə ərzində Covid-19 üçün müsbət testlərin faizinin artdığı barədə xəbərdarlıq edib. Bölgədən bölgəyə fərqli olsa da, testin pozitivlik nisbətinin yüzdə 10-dan çox olduğu bildirilib. Epidemiya elan edilməsindən 4 ildən çox vaxt keçib və "qlobal fövqəladə vəziyyət" kateqoriyasından çıxarılan Covid-19 hələ də "qlobal epidemiya" olaraq xarakterizə olunur.

Sherg.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Epidemiya və Pandemiyaya Hazırlıq və Qarşısının Alınması üzrə Direktoru Maria Van Kerkhove, son bir neçə həftə ərzində Covid-19 üçün müsbət testlərin faizinin artdığını söyləyib.
Covid-19-un dünyada hələ də yaygın olduğunu bildirən Kerkhove, "84 ölkədəki müşahidə sistemimizdən əldə edilən məlumatlar, Covid-19 üçün müsbət testlərin faizinin son bir neçə həftədə artdığını bildirir. Ümumiyyətlə, test pozitivliyi regiona görə dəyişir, Avropada pozitivlik faizi 20 faizdən çoxdur" deyə bildirib.
Kerkhove qeyd edir ki, Covid-19 hadisələri hazırda bildiriləndən qat-qat yüksəkdir. "Bu vacibdir, çünki virus təkamül etməyə və dəyişməyə davam edir. Bu, hamımızı aşkar etməkdən və ya tibbi müayinədən qaça biləcək daha ciddi bir virus riski qarşısında qoyur".
Mövsümdən asılı olmayaraq, son aylarda bir çox ölkədə Covid-19 hadisələrinin artdığı qeyd olunub.
Fransada keçirilən Paris 2024 Olimpiya Oyunlarında mübarizə aparan ən azı 40 idmançının Covid-19 testinin müsbət çıxdığı bildirilib.
Xüsusilə risk qrupunda olanların xatırlatma dozasını alması lazım olduğunu vurğulayan Kerkhove, "Son iki ildə, xüsusilə tibb işçiləri və 60 yaşdan yuxarı insanlar arasında ən riskli iki peyvənddə həyəcanverici bir azalma gördük. Bu vəziyyət təcili olaraq aradan qaldırılmalıdır”.
Mütəxəssislər xüsusilə tövsiyyə edir ki, qocaldığına görə peyvənd üçün uyğun olan hər kəs peyvənd etməmişsə, peyvənd olunsun.
Bunun səbəbi, Covid-19-un ağır təsirləri üçün ən vacib risk qrupunun yaşlılıq olmasıdır.
Digər profilaktik tədbirlər də xəstəliklərdən qorunmağa kömək edə bilər.
Siz xəstə insanlarla çox yaxınlaşmaqdan uzaq durun. Maska taxın, əllərinizi düzgün yuyun və yaşadığınız və işlədiyiniz yerdə Covid-in ötürülmə səviyyələrinə nəzarət edin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm