Üzünüzü yuyarkən bu nöqtələrə diqqət edin
23:31 27.11.2021
Sağlamlıq
1072
Üz yumaq dəriyə qulluğun ən əsas amillərindən biridir.
İsti yay aylarında xüsusilə tez-tez yuduğumuz üzümüzün dərisini bununla quruduruqmu? Üzümüzü yuyan zaman nələrə diqqət etməliyik? Dermatologiya mütəxəssisi Ata Nejat Ertekin fikrincə, sadə görünən dəriyə qulluq prosedurları zamanı səhvlərə yol verməyimiz mümkündür. Üz yumağın məqsədi dəridəki məsamələri tıxayan çirki təmizləməkdir. Bununla yanaşı bu zaman dəri ölü hüceyrələrdən də təmizlənir. Dəriniz təmiz olduğu zaman da istifadə etdiyiniz dəriyə qulluq vasitələri dərinizə yaxşı nüfuz edir. Bütün bunlar üçün üzü düzgün şəkildə yumaq önəmlidir.
İlk əvvəl üzünüzü ilıq su ilə yumalısınız. Çünki isti su üzünüzün qurumasına səbəb olduğu halda soyuq su çirklərdən təmizlənməyə əngəl törədir. Bu səbəbdən də ilıq su ən doğru seçimdir.
Üzünüzü yumadan əvəl əllərinizi dərinizə uyğun sabunla yaxşıca yuyun. Ardınca da üzünüzü ilıq su ilə isladıb təmizləyici sabunu (yenə dəri növünüzə uyğun) köpükləndirərək köpüyü bütün dərinizə yayın. Alın, yanaq və burun kənarlarını həssas bölgələr olduğu üçün yavaşca ovuşdurun, bu sayədə daha yaxşı təmizləmiş olarsınız. Üzünüzü son olaraq su ilə yaxşıca durulayın. Sonra dəsmalla yüngülcə üzünüzə vuraraq üzünüzü qurulayın.
Üzünü çox yumaq da düzgün deyil. Çünki dəri öz yağını ifraz etməyə macal tapmamış yenidən yusanız, bu dəfə də dərinizin qurumasına səbəb olarsınız. Həmçinin kondisioner də dəri quruluğuna səbəb ola bilər. Bunun qarşısını almaq üçün gün ərzində nəmləndirici çəkməyiniz faydalı olacaq. (milli.az)
Dəriyə qulluq körpəlik dövründən etibarən həyata keçirilməlidir. Dəri növünüzə uyğun olan təbii sabunla üzünüzü yumağa diqqət edin. Üzü yuduqdan sonra nəmləndirici olaraq heç bir vasitə yoxdursa, acı badam südü, badam yağından istifadə edə bilərsiniz. Badam südü ilə makiyajınızı da təmizləyə bilərsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə