Virus infeksiyalarının artan dövrüdür
07:44 13.11.2020
Sağlamlıq
837
Maskadan düzgün istifadə edilsə, bu qədər yoluxma olmaz
"Bəzən koronavirusu digər respirator xəstəliklərlə qarışdırırlar"
“Yoluxma sayının artması insanların qaydalara riayət etməməsi - maska taxmaması, ara məsafəsini gözləməməsi ilə əlaqədardır. Həmçinin payız fəslidir, qrip və digər kəskin respirator virus infeksiyaların artan dövrüdür. Ona görə də sayda artım müşahidə olunur. Əvvəl koronavirusa yoluxma orta yaşlı insanlar arasında çox idisə, indi yaşlılar arasında daha çoxdur”. Bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Yoluxucu Xəstəliklər kafedrasının dosenti İlham Bayramov deyib. Həkim yoluxma sayının daha da artacağı ilə bağlı xəbərdarlıq edib: "COVID-19-a yoluxma sayı daha da arta bilər. İctimai yerlərdə, nəqliyyatda insanlar maskadan düzgün istifadə etmir. Bunun nəticəsində yoluxma halları daha da artır".
İ.Bayramov vurğulayıb ki, bəzən koronavirusu digər respirator xəstəliklərlə qarışdırırlar:
"Sadəcə olaraq qripdə ağırlaşma olur, pnevmoniya sonradan əmələ gəlir. Koronavirusda isə bu, ilk gündən əmələ gəlir. Bəziləri qripin ağırlaşmasını, boğulma tutmalarını koronavirusla səhv salırlar. Bunlar koronavirusda ilk gündən olur. Diabeti, hipertoniya və xroniki tənəffüs xəstəlikləri olan şəxslərdə bu əlamətlər ilkin gündən daha qabarıq görünür. Çünki həmin şəxslərdə koronavirusla yanaşı digər xəstəliklər olduğuna görə, xəstəliyin gedişini ağırlaşdırır. Amma bəzən koronavirus assimptomatik şəkildə olur. Həmin şəxs analiz verməsə, bəlkə də virus aşkar edilməz”.
Həkimin sözlərinə görə, sentyabrda məktəblər açıldığına görə virusa yoluxmanın artmasını onunla əlaqələndirirdilər:
“İndi məktəb də yoxdur, amma koronavirusa yoluxma artır. Əhalinin sayı baxımından karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yoxdur, amma insanların məsuliyyətli olması vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İordaniyada üç silahlı kilsəyə hücum etdi - 7 ölü, 12 yaralı var
18:55 23.10.2026
Gündəm
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:47 23.10.2026
Region
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:44 23.10.2026
Dünya
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm