Yemək süfrəsində partnyorunuzu tanıyın: Narsissizmin əlamətləri olan vərdişlər
Yusif Nəzərli
13:21 05.01.2025
Sağlamlıq
477
Mütəxəssislər tərəfindən aparılan yeni bir araşdırma, nahar süfrəsində edilən seçimlərin şəxsiyyət xüsusiyyətlərini əks etdirə biləcəyini ortaya qoydu. Xüsusilə ət istehlakı və sağlam qidalarla bağlı həddindən artıq optimizm, narsisistik şəxsiyyətlərin açıq əlamətləri arasındadır.
"Sherg.az" xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmalar yemək masasında qarşınızdakı insanın narsist olub olmadığını anlamanıza kömək edəcək bəzi yemək vərdişlərini ortaya çıxarıb.
Psixoloqlar qida seçimləri ilə şəxsiyyət pozğunluqları arasındakı əlaqəni araşdıraraq, narsistik insanların müəyyən yemək seçimlərinin bu pozğunluqla əlaqəli ola biləcəyini aşkar etdilər.
Araşdırmaya görə, ət istehlakı birbaşa narsisizmlə əlaqəli bir vərdiş ola bilər.
Xüsusilə, “İnsanlar qida zəncirinin başındadır” kimi iyerarxik əsaslandırma təklif edən insanların ət yeməyə həvəs göstərməsi narsisistik meyllərin əlaməti ola bilər.
Ət istehlakı heyvanlara qarşı mənfi münasibət və "Qaranlıq üçlük" şəxsiyyət xüsusiyyətləri ilə də əlaqələndirilir.
Qaranlıq Triada narsisizm, psixopatiya və makiyavelizm kimi manipulyasiya və mənfi şəxsiyyət xüsusiyyətlərini ehtiva edir.
Araşdırma həmçinin müəyyən edib ki, narsistlər sosial mühitlərdə sağlam qidalara üstünlük verirlər.
Bu insanların qırmızı şərab və tünd şokolad kimi qidaların faydalarını şişirtdikləri və onları performans artırıcı vasitələr olaraq gördükləri ifadə edilib.
Yemək vərdişləri ilə narsisizm arasındakı əlaqə beynin neyrobioloji testləri ilə də təsdiqlənib. Psixoloq Dr. Rayna Sariyska-Garvels tərəfindən 2019-cu ildə aparılan araşdırmalarda narsisizmlə əlaqəli emosional sistemlərin monitorinqi nəticəsində ət istehlakı ilə narsisizm arasında güclü əlaqə aşkar edilib.
Ət istehlakı ilə "hirs" kimi əsas duyğular arasında müsbət bir əlaqə olduğu, qırmızı ət istehlakının narahatlıq və qorxu kimi emosional sistemlərlə mənfi əlaqə göstərir.
Narsistlərin yemək vərdişləri təkcə şəxsiyyətləri ilə deyil, həm də sosial statusları ilə bağlıdır.
Psixoloqlar qeyd ediblər ki, narsistlər sosial vəziyyətlərdə daha sağlam qidalara üstünlük verirlər, çünki bu qidaların sağlamlığa müsbət təsirini vurğulamaq onları daha dəyərli və güclü hiss etdirir.
Nəticədə, yemək seçimləriniz digər insanın narsistik meylləri haqqında ipucu verir. Sosial vəziyyətlərdə ət istehlakı, sağlam qida seçimlərini şişirtmək və sağlamlıq təhlükələrinə diqqət yetirmək kimi davranışlar narsissizmin açıq göstəriciləri ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya