
Yoqanın faydaları: Hamilə qadınlara olar? -MÜTƏXƏSSİSDƏN AÇIQLAMA
13:22 22.07.2024
Sağlamlıq
550
Rusiyanın paytaxtı Moskvanın Qorki parkında hamilə qadınlar və yeni uşaq dünyaya gətirmiş analar üçün maraqlı yoqa təcrübəsi təklif olunur. Keçilərlə yoqa seanslarına böyük maraq var. 30 nəfərlik qruplar üçün min nəfərlik növbə var.
Sherg.az xəbər verir ki, yoqa döşəklərinin ətrafında dolaşan keçilər iştirakçılar üçün sessiyanın vacib hissəsidir.
Yoqa ilə məşğul olanlar keçilərə yaxınlaşa, onları əzizləyib, bəsləyə bilərlər. Bu tədbirlər analara həm rahatlıq, həm də keçilərlə və təbiətlə təmasda olmaq imkanı verir.
Qorki parkında hər cümə axşamı keçilərlə yoqa seanslarının keçirilməsi planlaşdırılır.
Maraqlıdır, yoqanın hamilə qadınlara və yeni analara hansı təsiri var? Belə olduqda əsasən yoqa neçə seans tətbiq edilir? Hansı vasitələrdən istifadə olunur?
Suallarımızı cavablandıran yoqa üzrə mütəxəssis Günel Qaraxanova "Sherg.az" a açıqlamasında deyib ki, hamilə qadınlar üçün yoqa praktikası bir qədər fərqli və individualdır:

''Belə ki, əvvəlcə qadının neçə aylıq hamilə olduğu nəzərə alınır, Bədəninin daha çox hansı nahiyyələrində ağrı olduğu soruşulur. Həmçinin həkimin icazəsi olub-olmadığı araşdırılır. Bir sözlə, bu prossesdən sonra, yoqa dərslərinə başlanılır. Qeyd edim ki, ilk yaranan, klassik yoqa xatxadır. Asanalar isə müalicə hesab olunur. Sonradan yaranan müxtəlif yoqa növləri var. Onurğada skolyoz, ostexondroz, qrija olduqda həkimlər xatxa yoqanı məsləhət bilir. Həmçinin, xatxa yoqanın ansanalarından hamilələrə tətbiq olunur. Qeyd edim ki, bədəndəki xəstəliklərin hamısı şüurumuzda başlayır. Çünki bütün daxili orqanlarımızın açarı beynimizdə yerləşir. İnsanın psixoloji, mental vəziyyəti yaxşı olmadıqda daxili orqanlar özəlliklə mədə-bağırsaq işləmə qabiliyyətini itirir. Burada ən böyük səbəb stressdir və bu da yuxusuzluğa səbəb olur. Yuxusuzluq da panik ataka gətirib çıxarır. Ona görə də beynimizi rahatlatmalıyıq. Daha sonra yoqa asanaları keçməliyik. Lakin yoqa asanalarından öncə, meditasya və pranayamalar edilir. Bunlar isə düzgün nəfəs texnikalarıdır''.
Mütəxəssis vurğulayıb ki, yoqada yaş məhdudiyyəti yoxdur :
''Hətta, 3 yaşda belə, anasına baxaraq hərəkəti təkrarlayan uşaqlar var. Sözügedən yoqada elə asanalar var ki,çətindir və birbaşa beyinlə kontakt istəyir. Bəzi tələbələrim söyləyirlər ki, dərsboyu heç nə barədə fikirləşmirlər. İnsanlar 1 ayın sonunda tam nəticə əldə edirlər. Çünki əksəriyyətinin əzələləri boylarına görə qısadır.Buna görə də qan dövranı yaxşı işləmir, təzyiq xəstəliyi yaranır".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
20:37 17.08.2026
Sosial
"Bild": NATO Rusiyaya qarşı müharibə ssenarisi hazırlayıb
20:27 17.08.2026
Gündəm
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq