Millət vəkili: "Azərbaycan və Macarıstan münasibətləri strateji əməkdaşlıq səviyyəsindədir"
Yusif Nəzərli
09:32 23.05.2025
Siyasət
386
"İki ölkə bir sıra mühüm beynəlxalq və regional məsələlərdə eyni mövqedən çıxış edir"
"Azərbaycan və Macarıstan arasında münasibətlər son illərdə strateji əməkdaşlıq səviyyəsinə yüksəlib".
Bunu Milli Məclisin üzvü Şahin Seyidzadə "Sherg.az"a açıqlamasında deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidentinin Macarıstana rəsmi səfəri bu münasibətlərin möhkəmləndirilməsi və yeni sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir:
"Səfər çərçivəsində aparılan danışıqlar göstərdi ki, iki ölkə bir sıra mühüm beynəlxalq və regional məsələlərdə eyni mövqedən çıxış edir. Azərbaycan və Macarıstanı birləşdirən yalnız bugünki iqtisadi maraqlar deyil, həm də ortaq tarixi köklər, mədəni yaxınlıq və siyasi dəyərlərdir. Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbə beynəlxalq hüquqa əsaslanaraq – BMT-nin Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində həyata keçirilmişdir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi regional sabitlik üçün əhəmiyyətli addım olub. Müharibədən sonra isə sülh təşəbbüslərinin müəllifi də məhz Azərbaycan olub. Ermənistan bu təşəbbüslərə müəyyən düzəlişlərlə razılaşsa da, Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını saxlaması sülh prosesini ləngidir. Azərbaycan tərəfi isə bu iddiaların ləğvini və Minsk qrupunun formal olaraq da aradan qaldırılmasını sülh müqaviləsinin əsas şərti kimi təqdim edir. Əməkdaşlığın mühüm sahələrindən biri energetikadır. Macarıstan şirkətləri Azərbaycanın iri enerji layihələrində - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”də pay sahibidir".
Parlamentari qeyd edib ki, artıq Azərbaycan Macarıstana təbii qaz ixrac etməyə başlayıb və gələcəkdə bu əməkdaşlıq daha da genişləndiriləcək:
"Azərbaycanın geniş qaz ehtiyatları və yaşıl enerji planları Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu istiqamətdə əməkdaşlıq təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır. Macarıstanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal iştirakı da onu göstərir ki, bu ölkə türk dünyası ilə daha sıx inteqrasiyaya maraqlıdır. Macarıstanın təşəbbüsü ilə keçirilən qeyri-rəsmi Zirvə görüşü, təşkilatın vahidliyini və gələcək əməkdaşlıq imkanlarını gücləndirir. Macarıstanın Avropa İttifaqı daxilində belə müstəqil siyasət aparması və milli maraqları üstün tutması, Azərbaycan tərəfindən yüksək dəyərləndirilir. Bütün bu məqamlar iki ölkə arasında olan münasibətlərin gələcəkdə daha da dərinləşəcəyinə işarədir. Bu səfər Azərbaycan-Macarıstan münasibətlərininyeni mərhələyə qədəm qoyduğunu və strateji tərəfdaşlığın daha da gücləndiyini göstərir. İki ölkə arasında qarşılıqlı hörmətə və etimada əsaslanan bu əməkdaşlıq, regional və qlobal səviyyədə sülhə və sabitliyə töhfə verəcək".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya