Azərbaycan üçün rəqəmsal valyutadan danışmaq hələ tezdir
07:43 01.05.2021
İqtisadiyyat
845
"Elektron manata keçməkdənsə, biz nağdsız ödənişləri artırmalıyıq"
Gürcüstanın Milli Bankı rəqəmsal milli valyutanın yaradılması layihəsinə başlayır. Bu barədə bankın yaydığı məlumatda bildirilib.Qeyd olunub ki, rəqəmsal texnologiyaların inkişafı larinin rəqəmsal versiyasının yaradılmasını zəruri edib. “Milli Bank ödəmə sistemlərinin effektivliyinin və maliyyə əlçatanlığının artırılması üçün rəqəmsal valyutanın (CBDC) buraxılması imkanını nəzərdən keçirir. Rəqəmsal valyuta ödəniş vasitəsi statusuna malik olacaq. Layihə çərçivəsində bank fintex-şirkətləri və maraqlı maliyyə institutları ilə əməkdaşlığa hazırlıq ifadə edir”, – məlumatda deyilir.
Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında qeyd edib ki, bir çox ölkələrin Mərkəzi Bankları kriptovalyutalar və yaxud da rəqəmsal valyutalar haqqında araşdırmalara başlayıblar:
"Hətta Çində kriptovalyuta ilə bağlı qərar da verilib. Kriptoyuan, yəni elektron yuan haqqında müəyyən işlər gedir. Qeyd edim ki, hətta ölkənin bəzi hissələrində artıq bununla ödənişlər də qəbul olunur. Hesab edirəm ki, Gürcüstanın da buna qoşulması dünyada gedən bir trendin tərkib hissəsidir. Çünki hələlik onun dəbdən başqa hər hansı bir formada iqtisadiyyata pozitiv təsirləri ilə bağlı araşdırmalar yoxdur".
N.Cəfərli vurğulayıb ki, artıq bir çox ölkələrdə ödənişlər elektronlaşıb:
"Dünyanın elə ölkələri var ki, məsələn, Avstraliyada pərakəndə ticarətin 95 faizi artıq elektronlaşıb, yəni hamı kartla ödəniş edir. Təbii ki, bunun özü də elektron valyutadır. Bu günləri elə bir ciddi araşdırma yoxdur. Bilək ki, elektron formada kartla ödənişlərlə kripto ödənişlərin fərqi nədən ibarət olacaq? Ona görə də, fikrimcə, bu hələlik bir dəbdir.
Bəzi ölkələr də buna hazırlıq görürlər. Məsələn, birdən qlobal trendlər, keçidlər baş versə, buna hazır olsunlar. Tutaq ki, Amerikada, Avropada elektron dollara və yaxud da avroya keçid baş verdiyi təqdirdə həmin ölkələrdə keçid edə bilsinlər. Bu baxımdan zənnimcə, Azərbaycanda da bu məsələni araşdırmaq olar. Ancaq hesab edirəm ki, elektron manata keçməkdənsə, biz nağdsız ödənişləri artırmalıyıq. Bizdə nağdsız ödənişlər çox azdır. İlk növbədə Azərbaycanda nağdsız ödənişlərin həcmini dünya standartları səviyyəsinə, heç olmasa 75-80 faizə qaldırmalıyıq.
Bu, ölkənin iqtisadiyyatının ağarmasına, yəni ölkə iqtisadiyyatında pozitiv dəyişikliklərə nail olmağımıza da kömək ola bilər. Həmçinin vergidən yayınmaların qarşısını almaq üçün də kifayət qədər pozitiv rol oynaya bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm
Ermənistana 989 ton olan dizel göndərildi
12:07 03.09.2026
Region
Lavrov: Tezliklə Ermənistan və Serbiyanın bu istəyi yox olacaq
11:46 03.09.2026
Dünya
Əl-Nəhyan və Tramp İranı müzakirə etdi
11:26 03.09.2026
Dünya
Luka Modriç "Real Madrid"ə qayıtmaq istəyir
10:54 03.09.2026
Futbol