“Azərsu” əməkdaşı iş başında BIÇAQLANDI - VİDEO
Yusif Nəzərli
11:17 18.02.2022
Hadisə
866
“Azərsu” ASC-nin Abşeron Sukanal İdarəsinin əməkdaşı abonentin kobud rəftarı və fiziki təzyiqə məruz qalıb.
Bu barədə Oxu.Az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş yaşayış massivi ev 6b, mənzil 10 ünvanında olan abonentin içməli su təchizatı xidmətlərindən istifadəyə görə 170 manat borcu yaranıb. Yığılmış borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, abonent borcu ödəməkdən imtina edib. “Sudan İstifadə Qaydaları”nın tələblərinə əsasən su təchizatının dayandırılması ilə əlaqədar iş əmri yaradılıb. “Abşeron Sukanal” İdarəsinin əməkdaşları həmin ünvana yaxınlaşaraq borc ödənilmədiyi üçün su təchizatının dayandırılacağını bildiriblər.
Bu zaman həmin mənzildə yaşayan Ələkbər Ələkbərov adlı şəxs Abşeron Sukanal İdarəsinin əməkdaşı Vəfadar Güliyevin üstünə hücum çəkərək ona bıçaqla xəsarət yetirib.
“Azərsu” ASC-nin digər əməkdaşına qarşı fiziki təzyiq Abşeron rayonu Nübar qəsəbə sakini Müzəffər Mahmudov tərəfindən törədilib. 210 manat borc olan abonentə dəfələrlə xəbərdarlıq edilsə də o, buna məhəl qoymayıb ödənişdən imtina edib. Növbəti dəfə Abşeron Sukanal İdarəsinin əməkdaşları yenidən həmin ünvanda olub. İdarənin əməkdaşı Elbrus Allahverdiyev abonentin borcunun ödənilməsinin vacibliyini bildirdikdə abonent Müzəffər Mahmudovun qəfil zərbəsinə tuş gəlib. Baş nahiyəsindən zərbə alan E.Allahverdiyevin dişi sınaraq ciddi xəsarət alıb.
Baş vermiş hadisələr nəticəsində zərərçəkənlərə tibbi yardım göstərilib və tibbi ekspertizaya göndərilib. Hər iki faktın araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinə müraciət olunub.
“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki, göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən asılıdır:
“Bu məqsədlə xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə “Azərsu” ASC tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Abonentlərin diqqətinə çatdırılır ki, yaranmış debitor borcların hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abonent yerli sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu imzalamalı və götürdüyü öhdəliyə uyğun olaraq borcunu aylar üzrə bölünmüş ödəniş qrafiki üzrə hissə-hissə ödəyə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Qəzzanın mərkəzində əməliyyata başladı
22:54 18.11.2026
Gündəm
Putinlə Trampın görüşü qısa olacaq - Kreml
22:18 18.11.2026
Dünya
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial