Zəlzələ panikası: Kim deyir ki, həyət evləri tam təhlükəsizdir
11:19 04.07.2023
Hadisə
674
“Ola bilər ki bina evlərinə tələbat nisbətən azalsın. Lakin qiymətlərdə ciddi dəyişiklik olacağını hesab etmirəm”
“Ola bilər bina evlərinə tələbat nisbətən azalsın, həyət evlərinin qiyməti yüksəlsin. Lakin bu, birbaşa zəlzələ təhlükəsi, zəlzələ qorxusu ilə bağlı deyil. Ümumiyyətlə, paytaxtda və Bakı ətrafında may-avqust aylarında həyət evlərinə, torpaq sahələrinə tələbat artır və qiymətlər həyət evlərinin xeyrinə dəyişir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev dünən gecə paytaxtda baş vermiş yeraltı təkanların daşınmaz əmlak bazarına təsiri barədə danışarkən dedi. Ekspert vurğuladı ki, zəlzələ hündürmrətəbəli binalarda daha çox hiss olunub:
“Bu da təbiidir. Tərpənişlər yüksəklikdə daha aydın hiss edilir. Lakin bu o demık deyil ki, həyət evləri tam təhlükəsizdir. Təhlükə dərəcəsi evin və ya binanın nə dərəcədə sağlam inşa olunmasından asılıdır. İstər həyət evi olsun, istərsə də yaşayış binası, tikinti normalarına uyğun tikilməyibsə, təhlükəlidir. Zəlzələ həyət evlərinin qiymətini artıracaqmı, bunu bazar təyin edəcək. Bazar panikayla idarə olunur. Ola bilər ki bina evlərinə tələbat nisbətən azalsın. Lakin qiymətlərdə ciddi dəyişiklik olacağını hesab etmirəm. 1 günə əmlak bazarında elə də böyük, ciddi dəyişiklik gözlənilmir. Daşınmaz əmlak onsuz da yetərincə bahadır. Bakı və ətraf ərazilərdə çıxarışsız – sənədsiz 500 minə yaxın ev var. Sənədləşmə aparılmadığından evlərin satışını həyata keçirmək də problemlidir. İpoteka, kreditli satış təşkil etmək də olmur. Sovetlər zamanı tikilmiş binaların isə istismar müddəti bitdiyindən banklar onları girov olaraq qəbul etmir. Yəni, daşınmaz əmlak bazarında yeni yaşayış binaları və sənədli evlər satışa çıxarılır. Real vəziyyət belədir. Dünənki zəlzələ həyət evlərinə tələbatı nisbətən artıracaq. Amma bu, daşınmaz əmlak bazarında elə də böyük fərq yaratmayacaq”.
E.Fərzəliyev vurğuladı ki, paytaxtda qəzalı binaların sayı minlərlədir:
- Nəinki qəzalı binalar, yeni tikilmiş bəzi yaşayış binaları da təhlükəlidir. Çünki binaların toplanış meydançaları, qəza çıxışları yoxdur. Gecə baş vermiş zəlzələdən sonra sakinlər həyətlərə axışdı, həyətdə toplaşdılar. Amma Allah göstərməsin, bir qədər güclü təkanlar olsaydı, nələrin baş verə biləcəyini təzmin etmək elə də çətin deyil. Binalar biri-birinə çox sıx inşa edilir. Həyətə çıxmağın mənası nədi? Həyətdə oturub gözləmək böyük təhlükədir. Allah eləməmiş dağıntı olsa bina uçqunları həyətə töküləcək. Yaşayış binalarının fövqəladə vəziyyət üçün toplanış meydançaları olmalıdır. Toplanış meydançalarını geniş həyətlər təşkil etməlidir. Binaların yaxınlığında parklar olamlıdır. Parklar təkcə yaşıllıq, istirahət funksiyası daşımaq üçün deyil. Həm də fəvqəladə vəziyyətlərdə insanların təhlükəli ərazidən uzaqlaşıb toplaşmaları üçündür. Bundan başqa metro, yeraltı keçidlər də sığınacaq xarakteri daşıyır. Amma Bakıda yeraltı keçidlər əsasən mərkəzi hissələrdədir. Bütün bu çatışmazlıqlar şəhər təsərrüfatına, nəqliyyat və tikinti sektoruna nəzarət edən qurumlar tərəfindən diqqətə alınmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm