Ukrayna ordusu kor-koranə hərəkət etmir - ŞƏRH
13:12 04.07.2023
Aktual
725
Qərb əməliyyatların məhsuldarlığını yüksək olmasını istəyir
Son həftələrdə Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin əks-hücumlarını ləngitmək üçün yeni taktikalara üstünlük verir, eyni zamanda bunları təkmilləşdirməyə çalışır.
Bu barədə Britaniya Müdafiə Nazirliyinin hazırladığı hesabatda qeyd olunur.
Hesabatda vurğulanır ki, Rusiyanın yeni taktikası döyüş meydanında tank əleyhinə minalardan daha çox istifadəyə əsaslanır.
Britaniya kəşfiyyatının məlumatına görə, bəzi ərazilərdə mina sahələrinin sıxlığı rusların hərbi doktrinada nəzərdə tutulduğundan daha çox minadan istifadə etdiklərini deməyə əsas verir.
“Ukrayna Silahlı Qüvvələrinin irəliləyişini ləngitdikdən sonra Rusiya ordusu dərhal həmin hədəflərə kamikadze dronlarla, hücum helikopterləri və artilleriya ilə zərbələr endirir”, - hesabatda qeyd olunur.
Lakin britaniyalı ekspertlər iddia edirlər ki, bu taktika daha çox Ukraynanın əks-hücumunun ilkin mərhələlərində effektli olub.
Həmçinin Britaniya kəşfiyyatı vurğulayır ki, hazırda Rusiya ordusu artilleriya sursatlarının çatışmazlığından əziyyət çəkir.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu iyunun əvvəlində başlayıb. Lakin Qərb mediası əks-hücumun gözləniləndən daha ləng getdiyini yazır.
Ukraynanın Rusiya müdafiə xəttini yarmaqda çətinlik çəkdiyini bildirən politoloq İlqar Vəlizadə "Sherg.az"a söyləyib ki, istehkamların aşılması prosesi böyük itkilərlə müşahidə olunur:
"Burada həm canlı qüvvədən, həm də texnikadan söhbət gedir. Bu da Ukraynanın əks-hücum əməliyyatlarının miqyasına müəyyən dərəcədə təsir göstərir. Ancaq ola bilsin Ukrayna tərəfi itkiləri nəzərə alaraq əks-hücumum miqyasını zəiflədir ki, növbəti mərhələdə daha geniş qüvvələrdən istifadə etsin. Yəni bunların hamısının Ukrayna hərbi rəhbərliyi tərəfindən nəzərə alındığını düşünürəm".
Analitik qeyd edib ki, Ukraynaya olan yardımların miqyası artırılır:
"Bu isə Qərb ölkələrinin büdcələrinə təsir göstərir. Ona görə də Qərb əməliyyatların məhsuldarlığını yüksək olmasını istəyir. Lakin rəsmi Kiyev hazırda bunu bacara bilmir. Hətta Zelenski iki həftə öncə açıqlama vermişdi ki, əks-hücum əməliyyatlarının məntiqi var. Bu ondan xəbər verir ki, Ukrayna kor-koranə hərəkət etmir".
Oxşar xəbərlər
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
01:58 09.11.2026
Zaur Məmmədov: “Qarabağ Zəfəri Azərbaycanın dövlətçilik strategiyasının təntənəsidir”
20:22 08.11.2026
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual