
Ərzaq təhlükəsizliyi risk altında! - Aqrar sektora ciddi ziyan
10:31 07.07.2023
Cəmiyyət
640
100 min tonlarla məhsul itiririk, ərzaq təhlükəsizliyi risk altına düşür “Suyun paylanması, bölünməsi işi düzgün qurulsaydı, belə vəziyyət yaranmazdı, idarəetmə sistemi düzgün qurulmayıb”
Ağdaş rayonunun Qaraoğlan kənd sakinləri susuzluqdan əziyyət çəkir. Susuzluqdan əkin sahələrinin bağrı necə yanırsa, sakinlərin də şikayət etməkdən dili-dodağı alışır. Qaraoğlan kəndinin sakinləri illərdir üzləşdikləri susuzluq problemi ilə bağlı videomüraciət yayıblar. Çətin durumda qaldıqlarını deyən sakinlər əkin sahələrini suvara bilmədiklərini deyirlər: “Kəndə gələn suyun keyfiyyəti çox aşağı olduğundan əkin sahələrimiz məhv olur. Bu il arpa əksək də, məhsuldarlıq yarıbayarı aşağı olub. Çünki bura toplanan yağış suyudur və əkinə yararsızdır. Bu suya görə, əkin sahələrimizin vəziyyəti günü-gündən pisləşir”. Kənd sakinləri illərdir su problemlərinin olduğunu, lakin aidiyyəti qurumların məsələyə etinasız yanaşdığını bildirib: “Dəfələrlə Ağdaş Suvarma Sistemləri idarəsinin rəisi Əhliman Hacıyevə, onun müavini baş mühəndis Nofəl Məmmədova müraciət etmişik. Ancaq hər dəfəsində problemin tezliklə aradan qaldırılacağı vədləriylə bizi aldadıblar. Ötən ilin oktyabr ayında Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla görüşmüşük. O da söz vermişdi ki, problem qısa zaman ərzində aradan qaldırılacaq. Amma 2-3 ildir ki, bizim problemimizlə maraqlanan, dərdimizi dinləyən yoxdur”.
Kənd sakinlərinin üzləşdikləri problem barədə “Sherg.az"a danışan “Sağlam cəmiyyət” Hərəkatının sədri, sosioloq Elçin Bayramlı suvarmanın həllini gözləyən ən vacib məsələlərdən biri olduğunu dedi:
"Suyun paylanması, bölünməsi işi düzgün qurulsaydı, belə vəziyyət yaranmazdı. Müvafiq instansiyalar effektiv işləmir, idarəetmə sistemi düzgün qurulmayıb, ona görə də belə problemlər yaranır. Nəticədə aqrar sektora ciddi ziyan dəyir, 100 min tonlarla məhsul itiririk, ərzaq təhlükəsizliyi risk altına düşür. Aqrar sektor bütövlükdə sudan asılı sahədir. Məhsulun necə yetişəcəyi əkin sahələrinin vaxtlı-vaxtında, qədərində sulanmasından birbaşa asılıdır. Fermerlər əziyyət çəkir, əkir, becərir, dövlətin də vəsaiti xərclənir, lakin bəzi məmurların yarıtmaz fəaliyyəti nəticəsində hər şey məhv olur. Dövlət də ziyana düşür, fermerlər də, ümumilikdə aqrar sektor tənəzzülə uğrayır".

E.Bayramlı qeyd etdi ki, yeni yaradılmış Dövlət Su Ehtiyatları Agentliyi qiymətləndirmə aparmalı, harda problem varsa, həllinə çalışmalıdır:
"Su çatışmazlığı problemini həll etməyin müxtəlif üsulları var, biri də artezian quyularının qazılmasıdır. Bir çox ərazilər var ki, orada artezian quyularının qazılması mümkündür. Amma yerli məmurlar bunun üçün fermerlərdən 40 min manat rüşvət tələb edirlər. Başqa məsələ su ehtiyatlarından düzgün istifadədir. İyun ayı ərzində ölkə üzrə yağıntıların miqdarı yüksək oldu. Çaylardan daşqın, sel keçdi. Amma bu su ehtiyatları toplanmadı. Ondan istifadə edilmədi. Bunun üçün su anbarları olmalıydı, daşqın, sel suları anbarlara toplansın, lazım gəldikdə ondan istifadə edilə bilsin. Vaxtında tədbir görülməmişdi deyə, yağıntılar fayda vermək əvəzinə, ziyan vurdu. Digər üsullar da var. Mütəxəssislər daha yaxşı bilir. Əsas problemlərdən biri də suyun düzgün paylanmamasıdır. Harda ki suya böyük ehtiyac yoxdur, baxırsan ki, orda su axıb gedir, amma harda ki ciddi ehtiyac var, orada su qıtdır. Su ehtiyatlarının bölgüsü düzgün aparılmalıdır. Bu məsələ illərdir həllini tapmır deyə, torpaqlar getdikcə daha da şoranlaşır, əkin sahələri azalır, nəticədə yerli məhsul istehsalı azalır, idxaldan asılılıq artır, bu da ərzaq təhlükəsizliyini təhdid edir. Hesab edirəm ki, su problemi ilə bağlı strateji proqram hazırlanmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil