Genişmiqyaslı antiterror əməliyyatları gözləniləndir - Hərbi ekspert
09:19 12.07.2023
Gündəm
473
Sərhədlərimizdə baş verən təxribatlar birmənalı olaraq Rusiya tərəfindən həyata keçirilir
Ermənilər öz təxribatlarından əl çəkmirlər. Qarabağdakı qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Xocalı, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya (kəşfiyyat) qurğularını quraşdırmağa cəhd göstəriblər.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bundan başqa erməni silahlı dəstələrinin üzvləri Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqelərimizi də atıcı silahlardan atəşə tutublar. Həmçinin Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətlərində yerləşən hərbi bölmələrimizi də atəşə məruz qoyublar.
Qeyd edək ki, iyulun 11-i saat 16:00 radələrində də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb.
"Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür", - məlumatda qeyd edilib.
Məlumat üçün deyək ki, son günlər həm Ermənistanla şərti sərhədlərdə, həm də Qarabağda erməni təxribatları intensiv hal almaqdadır.
Düşmənin təxribatçı əməllərini "Sherg.az"a dəyərləndirən hərbi ekspert Alparslan İmamqulu bildirib ki, istər Qarabağda, istərsə də şərti sərhədlərimizdə baş verən təxribatlar birmənalı olaraq Rusiya tərəfindən həyata keçirilir. Ekspertin sözlərinə görə, Cənubi Qafqazdan çəkilmək istəməyən Rusiya, o cümlədən sülhməramlı qüvvələr davamlı olaraq hərbi-siyasi fəaliyyəti sürdürür, çirkin əməllərini davam etdirirlər:
"Bununla da regionda öz maraqlarını həyata keçirməyə cəhd göstərirlər. Nəticə etibarı ilə daxili ərazilərimizdə terrorçu qüvvələrin silahlandırılması, şərti sərhədlərimizdə bir sıra keçid məntəqələrinin nəzarətimizdə olmasına baxmayaraq, digər yollar və vasitələrlə ermənilərə logistik dəstək verilməsi halları baş verir. Şimaldan-cənuba, həmçinin Naxçıvanla həmsərhəd bölgələrdə, bütün şərti sərhədlərdə düşmənin təxribatlar törətməsi birmənalı olaraq Rusiyanın Ermənistan ordusuna nüfuz etməsi və diktəsi ilə baş verir. Rusiya hələ də Ermənistanda nüfuz sahibidir. Ermənistanın bir sıra siyasi qanadları, o cümlədən ordu korpusları hələ də Rusiyanın əmrində hərəkət etməkdədir".
A.İmamqulu vurğulayıb ki, təxribatların qarşısını almağın yeganə yolu Azərbaycanın daxili ərazilərində genişmiqyaslı antiterror əməliyyatlarına başlamasıdır:
"Bataqlığın qurudulması düşmənin növbəti fəaliyyətlərinin qarşısını alacaq. Əks halda bu cür təxribatlar davamlı olacaq. Nə qədər ki, bölgədə Rusiyanın maraqları var, təxribatlar gözləniləndir. Qarabağda keçiriləcək antiterror əməliyyatından sonra növbəti mərhələdə belə əməliyyatlar Ermənistanla şərti sərhədlərimizin ötəsində keçirilə bilər. Çünki ermənilərin təxribatları şərti sərhədlərimizdə də davamlı olacaq. Necə ki, Türkiyə bu gün Suriya və İraqda antiterror əməliyyatları həyata keçirir, Azərbaycan da bu cür əməliyyatların icrasında tam haqlıdır. Əgər həmsərhəd dövlət öz ərazilərindəki terrorçuların öhdəsindən gələ bilmirsə, eleyhimizə istifadə edirsə və ya onların hərəkətlərinə cavabdehlik daşımırsa, o zaman həmin ölkə ərazisində antiterror əməliyyatı keçirilə bilər. Ancaq bir daha deyirəm, bundan öncə daxili ərazilərimizdəki çirkab qalıntılarının təmizlənməsi istiqamətində genişmiqyaslı antiterror əməliyyatı keçirməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya