
İrəvan hakimiyyəti Qərbdən gələn göstərişlərə boyun əyib-ŞƏRH
Yusif Sultanoğlu
04:22 05.12.2023
Siyasət
727
Paşinyan zamanla yarışır
Sülh sazişinin imzalanması məhz delimitasiya ilə bağlı həssas məqamlara görə ləngiyir
30 noyabrda Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının sərhəddə keçirilən 5-ci iclası ilə bağlı bəzi yeni təfərrüat yayılıb. Erməni mediası görüşdə Ermənistan tərəfdən baş nazirin müavini Mger Qriqoryanla yanaşı, Kadastr Komitəsinin rəis müavini və MTN əməkdaşlarının da iştirak etdiyini bildirib. Qeyd edilib ki, görüş sərhəddə yerləşən çadırda baş tutub, hansısa binada deyil. Erməni mediası anklavlar məsələsinin də müzakirə edildiyini, onların qaytarılması istiqamətində razılıq olduğunu yazıb. Buna Nikol Paşinyanın “Ermənistanın 29 800 kilometr ərazisinə Sovet dövründə Azərbaycana məxsus olan anklavlar daxil deyil” fikirləri əsas kimi göstərilib. Həmçinin Ermənistan parlamentinin sədri Alen Simonyanın bir neçə gün öncəki açıqlamasına da yer verilib: “İrəvan Başkəndi almaq müqabilində sovet dövründə mövcud olan anklavları Bakıya qaytarmağa hazırdır”. Tavuş qubernatoru isə anklavlarla bağlı 30 noyabrda heç bir razılıq əldə edilmədiyini açıqlayıb: “Məndə olan məlumata görə, hələlik heç bir razılaşma yoxdur”.
Siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında deyib ki, yekun sülh sazişinin əldə edilməsi üçün delimitasiya işinin başa çatdırılması, hər iki ölkənin sərhəd təhlükəsizliyinə qarşılıqlı zəmanət verilməsi olduqca vacibdir. Ekspert bildirib ki, sülh sazişinin imzalanması da ilk növbədə məhz delimitasiya ilə bağlı həssas məqamlara görə ləngiyir:
"Nikol Paşinyan sərhədlərin delimitasiyasının başa çatdırılmasının və hələ də Ermənistanın işğalı altında olan anklavların (Azərbaycana məxsus 8 kəndin) geri qaytarılmasının erməni ictimaiyyəti və siyasi rəqibləri tərəfindən xəyanət kimi qiymətləndiriləcəyindən ehtiyat edir. Lakin bütün hallarda Ermənistan rəhbərliyi sözügedən siyasi-psixoloji maneəni aşmağa məhkumdur. İndi delimitasiyanın da, sülh anlaşmasının da taleyi məhz rəsmi İrəvanın siyasi iradəsindən asılıdır. Sələflərindən fərqli olaraq Paşinyan öz hakimiyyət maraqlarını deyil, xalqını düşünə və siyasi qətiyyətlilik göstərib sülhə imza ata bilər. Əks təqdirdə Ermənistanın siyasi və iqtisadi böhranlar məngənəsində vurnuxması bundan sonra da davam edəcək".

Analitikə görə, Qazax-İcevan sərhədində keçirilən görüşün nəticələrinə pozitiv yanaşmaq mümkündür:
"Müxtəlif bəhanələrlə özlərini prosesə pərçim etmək və vasitəçi statusunu qazanmaq istəyən ABŞ, Rusiya, Fransa, Aİ-nin iştirakı olmadan baş tutan beşinci görüşdə əvvəlki görüşlərdən fərqli olaraq bir sıra məsələlər üzrə ilkin razılaşmalar əldə edilib. Görünən budur ki, Ermənistan tərəfi ABŞ-ni və Qərbi əsassız iddialarla Azərbaycanın üzərinə siyasi-diplomatik hücumlara təhrik etməklə rəsmi Bakıya təzyiq göstərməyin və sülh müqaviləsinin imzalanmasını, sərhədlərin müəyyən edilməsini süni surətdə yubatmağın səmərəsizliyini anlayıb. ABŞ-nin Azərbaycana qarşı demarşının nəticəsizliyi də Ermənistanın hərbi-siyasi hakimiyyətini düşünməyə vadar edir. Paşinyan iqtidarı başa düşür ki, Ermənistanın bu cəhdləri əks effekt verir və ilk növbədə onun öz inkişafını ləngidir. Ona görə də görüş öncəsi müxtəlif ekspertlər tərəfindən irəli sürülən bütün bədbin öncəgörmələrə və təxminlərə rəğmən, noyabrın 30-da məlum sərhəd görüşü baş tutdu. Ümid edək ki, rəsmi İrəvan bundan sonra qeyri- konstruktiv yanaşmalardan əl çəkərək növbəti görüşlərin keçirilməsinə süni əngəllər törətməyəcək və delimitasiya məsələlərinin sürətləndirilməsinə səy göstərəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm