Dövlət Komitəsi: Bakı İlahiyyat Kollecində qızlar və oğlanlar birlikdə təhsil alacaqlar
10:29 18.12.2023
Cəmiyyət
545
Bakı İlahiyyat Kollecinin yaradılması Azərbaycanda dini təhsil sahəsində önəmli bir qərardır. Çünki Azərbaycanda dövlət ali təhsil müəssisəsi olsa da, orta ixtisas dini təhsili müəssisəsi fəaliyyət göstərmirdi.
Bunu APA-ya müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, dini təhsil ancaq ali təhsil pilləsində mövcud idi: “Beləliklə, Azərbaycanda dini təhsilin həm orta ixtisas, həm də ali təhsil pilləsi dövlət müəssisəsi tərəfindən həyata keçiriləcək. Bunu zəruri edən digər önəmli məqam isə ondan ibarətdir ki, din sahəsində fəaliyyət göstərən müxtəlif şəxslər var, onların hamısının ali təhsil alması mümkün deyil. Bəzi vəzifələr var ki, onların daşıyıcılarının dini orta ixtisas təhsili alması yetərlidir. Məsələn, dini ayinlərin icraçısı, müəzzin kimi vəzifələri tutmaq üçün dini orta ixtisas təhsilin olması kifayətdir. Deməli, Bakı İlahiyyat Kollecinin məzunları gələcəkdə müəzzin, dini ayinlərin icraçıları olacaqlar. Bu məzunlardan kimsə imam olmaq istəsə, təbii ki ali təhsil almaq üçün Azərbaycan İlahiyyat İnstitutuna müraciət edəcək. Hazırda qarşımızda duran əsas məqsədlərdən biri odur ki, Bakı İlahiyyat Kollecinin gələn ilin sentyabr ayından fəaliyyətini təşkil edək və burada da dini kadrların hazırlanmasına başlayaq”
Komitə sədri qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu ali təhsil müəssisəsi olduğu üçün orada əsasən dinşünaslar və islamşünaslar hazırlanır: “İslamşünasların məscidlərdə din xadimi kimi fəaliyyət göstərməsi nəzərdə tutulub. Lakin Azərbaycan İlahiyyat İnstitutunun məzunlarının hamısının imam olması və ya bütün din sahəsində fəaliyyət göstərən şəxslərin məhz İnstitutunun məzunu olması mümkün deyil. Yuxarıda qeyd etdiyim kimi, elə ixtisaslar var ki, həmin kadrların orta ixtisas təhsili müəssisəsində hazırlanması önəmlidir”.
Mübariz Qurbanlı onu vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutunda həm dini, həm də dünyəvi fənlər tədris olunur: “Məsələn, Azərbaycan tarixi, eyni zamanda, İslam ölkələri coğrafiyası, ingilis dili, ərəb dili, politologiya və s. kimi dünyəvi fənlər tədris olunur. Bununla yanaşı, Qurani-Kərim, İslam elmləri, xristianlıq, yəhudilik və digər dinlərin tarixi də öyrədilir. Eyni qaydada Bakı İlahiyyat Kollecində də həm dünyəvi, həm də dini fənlər tədris olunacaq. Bəri başdan onu qeyd edim ki, kollecə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək. Kollecdə qiyabi təhsil olmayacaq. Dövlət təhsil müəssisəsi olduğu üçün ödənişli təhsildən söhbət gedə bilməz. Eyni zamanda, burada hər hansısa məzhəbə əsaslanan dini təhsil verilməyəcək. Azərbaycan İlahiyyat İnstitutunda olduğu kimi Bakı İlahiyyat Kollecində də Azərbaycandakı bütün dini reallıqlar, o cümlədən məzhəb reallıqları nəzərə alınaraq tədris həyata keçiriləcək. Həmçinin, əlavə edim ki, qızlar və oğlanlar birlikdə təhsil alacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi