Leyla Vəzir: “Babamın nəşi Azərbaycana gətirilsə sevinərik”
Yusif Nəzərli
05:50 28.12.2023
Cəmiyyət
1053
Fazil Mustafanın təklifi Yusif Vəzir Çəmənzəminlinin nəvəsini ümidləndirib
Yazıçının nəvəsi Leyla Vəzir bu məsələni ictimailəşdirdiyi üçün Fazil Mustafaya minnətdarlıq edib
"Yusif Vəzir Çəmənzəminli Şuşada anadan olub. Azərbaycan Xalq CümhuriyyətininTürkiyədə ilk səfiri olub. Bir sıra müdhiş romanların müəllifidir, gözəl esseləri var".
Bu sözləri Milli Məclisin ötən gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, Çəmənzəminlinin məzarı Rusiya ərazisindədir. Deputat bildirib ki, bu il Yusif Vəzir Çəmənzəminlinin ölümünün 80 illiyidir: “O, Nijni-Novqorod deyilən yerdə dəfn olunub, məzarının yeri təqribən bəllidir. Ona görə bizim hakimiyyət bu istiqamətdə ciddi addım atmalıdır, Rusiya ilə münasibətlərimiz normaldır, müstəqil dövlətik. Buna görə onun nəşi gətirilib Şuşada dəfn olunmalıdır. Biz Qarabağa yalnız insanları deyil, həm də bizim tariximizdə rol alan, müstəqilliyimiz uğrunda savaşmış insanların ruhlarını qaytarmaq barədə düşünməliyik. Bununla bizim hökumət ciddi maraqlanmalı, onun nəşinin Azərbaycana qaytarılmasını təmin etməlidir”. Yusif Vəzir Çəmənzəminli kimi böyük şəxsiyyətin nəşinin Azərbaycana qaytarılmasını xahiş edərdim".
Qeyd edək ki, Azərbaycanda tarixi roman janrının banisi, ictimai-siyasi xadim, diplomat, pedaqoq, tədqiqatçı Yusif Vəzir Çəmənzəminli bolşevik imperiyasının hədəfə aldığı, vətənindən, elindən, xalqından, həyat yoldaşından, balalarından, işıqlı arzularından ayrı saldığı uca şəxsiyyətlərdən, yazıçılardandır.
Onu da deyək ki, Azərbaycanda görkəmli şəxsiyyətlərin başqa ölkələrdən nəşinin respublikamıza gətirilməsi nümunələri var. Böyük şair və dramaturqumuz Hüseyn Cavidin nəşi Ulu Öndər Heydər Əliyevin köməkliyi, dəstəyilə Vətənə gətirilib. İllər əvvəl baş verən bu xeyirxah işin Yusif Vəzirin şəxsində də reallaşması arzuediləndir.
Ailəsi də Çəmənzəminlinin nəşinin ölkəmizə gətirilməsinin tərəfdarıdır.
Yazıçının nəvəsi Leyla Vəzir “Sherg.az”a açıqlamasında bu məsələni ictimailəşdirdiyi üçün millət vəkilinə minnətdarlıq edib:
“Zaman-zaman bu məsələ gündəmə gəlsə də, heç vaxt real addım atılmayıb. Babamın nəşinin Azərbaycana gətirilməsi ilə bağlı müzakirələrin yenidən aktuallaşması yaxşı haldır. Bu təkliflərin xoş nəticəsi olsa sevinərik. Y.V.Çəmənzəminlinin nəşinin öz vətəninə gətirilməsi onun ruhuna ən böyük hörmət olardı. Bu məsələ bir az maddi vəsait tələb etdiyindən ailəsi olaraq buna cəhd etməmişik, düzü, hər hansı bir quruma müraciətimiz də olmayıb. Amma millət vəkillərinin bu məsələni diqqətdə saxlaması sevindiricidir. Ümid edirəm ki, müsbət bir nəticəsi olacaq və babamın nəşi öz Vətəninə gətiriləcək".
L.Vəzir də babasının Şuşada dəfn olunmasını arzulayır.
Qeyd edək ki, Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni-Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində aclıqdan vəfat edib. Səhəri gün – 1943-cü il yanvarın 4-də Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub. 1956-cı ildə Yusif Vəzirə bəraət verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol