Ac, susuz saxlandı: İşgəncə ilə öldürüldü
09:16 05.03.2024
Gündəm
314
Türkiyənin Adana bölgəsində portağal bağçasında meyiti tapılan 18 yaşlı İpək Akgülün işgəncə ilə öldürüldüyü məlum olub. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, İpəyin anası Sihan Akgül qızının günlərlə ac, susuz saxlandığını, 5 nəfər tərəfindən işgəncə ilə öldürüldüyünü deyib. Hadisə Adananın Yumurtalıq bölgəsi, Asmalı məhəlləsində baş verib. Əmrah və Sihan Akgülün 3 övladından ən kiçiyi olan İpək portağal bağçasında Yaşar B. adlı şəxslə mübahisə edib. Mübahisə zamanı Yaşar B. İpəyin başından tapanca ilə vuraraq öldürüb. Sonra isə qızın meyitini yaxınlıqdakı tarlada, su quyusunda basdırıb. Daha sonra isə özü polisə zəng edərək qətl törətdiyini xəbər verib. Bölgəyə gələn polis əməkdaşları Yaşar B.-ni həbs edib. Şübhəli polisə qızı basdırdığı yeri nişan verib. Qızın cəsədi su quyusundan çıxarılıb. İpəyin dəfn mərasimində anası Sihan Akgül qızının guya sevgilisi tərəfindən öldürüldüyü iddialarına qarşı çıxıb: “Qızımın sevgilisi olmayıb. Qızım, 4-5 adam tərəfindən işgəncə görüb, qəddarlıqla öldürülüb. Onu neçə gün ac-susuz saxlayıb, sonra qətlə yetiriblər. Qızımın bədənində bir neçə yerdə yara, işgəncə izləri, qırıq vardı. Onu qəddarlıqla döyüblər”. Ana bildirib ki, şübhəli şəxslərdən 3-ü yaxalanıb. 2 nəfərsə hələ də azadlıqda gəzir. “Sadəcə, o canilərə bunu söyləmək istəyirəm. Siz, mənim qızımdan nə istədiniz? Əynimə geyindiyim qızımın köynəyidir. Mən hər gün onun köynəyini geyinirəm və bu köynəyin içində əriyib bitirəm. Mənim qızım sizə neylədi? Onu niyə belə parça-parça etdiniz? Bu gün, sabah hamınızı həbs edəcəklər. Ədalət qarşısında cavab verməli olacaqsınız”, söyləyən ana Sihan Akgül İpəyin faciəsini unutmamağa çağırıb. “İpək kimi gənc qızlarımız çoxdur. Onların da həyatı təhlükədədir. Hər gün bir qızımız ölür. Anaları fəryad edir. Bu gün qızım ikinci dəfə torpağa basdırılır. Bir dəfə onu quyuya basdırıblar. İndi isə mən onu məzarlıqda torpağa basdırıram. Mənim İpəyim öldü, başqa “İpəklər” ölməsin. Ədalət yerini tapsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya
Sumqayıt-Bakı istiqamətində yol çökdü
16:38 22.05.2026
Hadisə
Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
16:23 22.05.2026
Gündəm
TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
16:19 22.05.2026
Gündəm
Dünyanın ən qısa təyyarə reysi - Cəmi 53 saniyə çəkir
15:31 22.05.2026
Dünya
SEPAH: Hörmüz boğazından 35 gəmi keçib
15:27 22.05.2026
Dünya
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
15:02 22.05.2026
Gündəm