
Yeganə Hacıyeva: Qadınların inkişafı təhsildən keçir
Yeganə Hacıyeva: Qadınların inkişafı təhsildən keçir
09:17 03.05.2024
Sosial
658
Dünyanın dəyər zəncirində onların rolunun artırılması məqsədəuyğundur
“VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda məhsuldar və ən əsası maraqlı birinci günü başa vurduq. Azərbaycan Prezidentindən mədəniyyətlərarası dialoqun regional və qlobal təhlükəsizliyə açdığı imkanlar haqqında geniş məzmunlu fikirlərini dinlədik”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri, politoloq Yeganə Hacıyeva deyib.
Y.Hacıyevanın sözlərinə görə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 6-cı təcrübəsi regionlararası sülh və stabilliyə vacib töhfədir:
“Bakının qlobal icmada dünyəvi dəyərlər və narahatedici məsələlərin, eləcə də sülh, təhlükəzlik və insan hüquqları sahəsində mütəmadi müzakirəsi üçün müxtəlif ölkələri bir araya gətirən nüfuzlu bir şəhərə çevrilməsi son dərəcə əhəmiyyətli bir hadisədir”.

Politoloq qloballaşmanın millətlərin mədəniyyət, din, adət-ənənələr və insan hüquqları üçün məqbul normalar müəyyən etdiyini və universallıq yaratdığını bildirib. AGDİ-nin rəhbəri həmçinin qadınların üzləşdiyi problemlərə diqqət çəkərək bu məsələlərin həllində qadın hüquqları, mədəniyyət və dinin birgə dialoqunun əhəmiyyətini vurğulayıb:
“Qadınların mədəniyyətlərarası dialoqda rolu, mədəniyyətlərarası dialoqun qadın hüquqlarına təsiri haqqında geniş təcrübələrin bölüşüldüyü sessiyanın bir hissəsi olduq. Müzakirələr, müxtəlif coğrafiyalarda oxşar olan, qadının ailə, icma, cəmiyyət və xalqlararası mədəni əlaqələrin formalaşmasında həlledici rolunun dövlətlərin xarici siyasət sahəsində dəyərləndirilməsinin sülh və sabitlik üçün faydalı olması qənaətimizi bir daha möhkəmləndirdi. Qadın hüquqlarının, gender bərabərliyinin və ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına dair məsələlər haqlı olaraq bütün formatların gündəliyinin ön sıralarında yer almaqdadır. Qadınların inkişafı təhsildən və iqtisadi gücləndirmədən keçir. Bu məsələləri gündəliyə yatırmaq, sülh və təhlükəsizliyə nail olmaq üçün qadınların bu prosesə geniş cəlb olunması, eləcə də, dünyanın dəyər zəncirində onların rolunun artırılması məqsədəuyğundur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə silahlı atışma: ölənlər var
00:20 03.10.2026
Gündəm
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol