
Demokratiyadan dəm vuran Fransanın müstəmləkəçilik mövqeyi -TƏHLİL
11:03 03.05.2024
Aktual
755
Müstəmləkəçilik, yaxud kolonializm bəşər tarixinin üz qarası, onu həyata keçirən ölkələrin tarixində, sözün əsl mənasında, silinməz ləkədir. Tarixən dənizləri fəth edən, gəmiqayırmanın inkişaf etdiyi dövlətlər müstəmləkə ərazilər ələ keçirmək uğrunda bir-biri ilə yarışıblar. Bunlar əsasən Fransa, Böyük Britaniya, İspaniya, Portuqaliya, Belçika, Almaniya, Niderland, ABŞ, Rusiya, Yaponiya və İtaliya kimi dövlətlərdir. Yeni dünya düzənində Fransanın müstəmləkəçilik siyasəti xüsusi qeyd edilməlidir. Bu gün Fransa kimi müstəmləkəçilik siyasətindən əl çəkə bilməyən ölkələrin yeni dünya düzəninə neokolonializm meyilləri istismarçı feodal təfəkkürü ilə yanaşmaları xalqların öz tarixi və hüquqi əraziləri çərçivəsində azad və suveren yaşamaq hüquqlarını məhdudlaşdırır, insan hüquq və azadlıqlarının neoimperialist iddiaların basqısı altında əzilməsinə zəmin yaradır. Öz qaranlıq müstəmləkəçi keçmişindən və bu günündən dərs götürməyən, qanlı müstəmləkə cinayətlərinə, amansız soyqırımı aktlarına görə üzr istəməyən, məsuliyyətini etiraf etməyən Fransa kimi bir ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi müstəsna səlahiyyətə – veto hüququna sahib olması sözügedən təsisatda ədalətli qərarların qəbulunu, hətta qəbul edilsə də belə icrasını şübhə altına alır.
Fransanın kolonializm siyasətindən danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Sherg.az”a bildirib ki, rəsmi Paris bu gün müstəmləkə siyasətini həyata keçirən yeganə ölkələrdəndir:
“Fransızlar dünyanın bir çox adalarında yaşayan xalqları özlərinin müstəmləkəsi kimi saxlayıblar. Təəssüflər olsun ki, demokratiyadan dən vuran, Avropanın mərkəzində yerləşən və İkinci Dünya savaşında faşizmdən əziyyət çəkən bir ölkə bu gün digər xalqları müstəmləsi kimi saxlamaqda çox maraqlıdır. Artıq həmin xalqlar Fransanın neokolonizm siyasətinə yox deyirlər. Azərbaycan dövlətinin bu məsələ ilə bağlı maraqları birmənalıdır. Bütün xalqlara azadlıq verilməli və onlar, öz müstəqil dövlətlərini qurmalıdırlar. Azərbaycan Qoşulmama Hərəkatənın rəhbəri olduğu vaxtlarda və indiki dövrdəki ölkəmizdə olan beynəlxalq təşkilatlarda İlham Əliyevin çıxışları dünyada müstəmləkə siyasətinə yox deyilməlidir istiqamətinə yönəlib. Söhbət burada təkcə Fransadan deyil, eyni zamanda müstəmləkə xislətində olan bütün dövlətlərdən gedir.

Ç.Qənizadə vurğulayıb ki, Azərbaycanın son dövrlər Fransanın müstəmləkə kimi saxladığı bölgələrlə qurduğu əlaqələr təqdirəlayiq haldır:
"Azərbaycanın televiziya kanallarının nümayəndələrinin həmin ölkələrə göndərilərək insanların fikir və mövqeylərinin ortaya qoyulması da müsbət nüanslardır. Həmin səfərlər zamanı ərazidə olan “Fransanın qulbeçələri” bizim əməkdaşlarmıza qarşı təzyiqlər göstərmişdilər. Bunların hamısı demokratiyadan dəm vuran Fransanın mövqeyidir. Dünyanın bütün demokratik təşkilatları isə buna göz yumur. Yəqin ki, Fransanın Avropadakı mövqeyindən narahatdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol