
Yetkinliy yaşına çatmayanların nişanlanmasında günahkar kimdir? -AÇIQLAMA
11:07 06.05.2024
Sosial
523
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 5 may 2024-cü il tarixdə daxil olmuş məlumatda Xaçmaz rayon sakini 2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan üçün nişan mərasiminin təşkil edilməsi öz əksini tapıb.
Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva deyib. O bildirib ki, məsələ dərhal nəzarətə götürülüb, Xaçmaz Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya rəsmi məktubla müraciət edilib, işçi qaydada danışıqlar aparılıb.
"Yetkinlik yaşına çatmayanın hüquqlarının müdafiəsi məqsədilə hər iki ailə ilə məsələ ətrafında profilkatik söhbətlər aparılıb, erkən nikahın yaradacağı fəsadlar və hüquqi məsuliyyəti barədə hər iki ailə məlumatlandırılıb. Eyni zamanda, məsələ hüquq mühafizə orqanları tərəfindən nəzarətə götürülüb" - deyə Komitə rəsmisi bildirib. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov APA-nın sorğusuna cavab olaraq bildirib ki, Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S 1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb. Ailə həyatı qurmayıblar. Faktla bağlı hazırda Xaçmaz RPŞ-də zəruri araşdırmalar aparılır. Xatırladaq ki, sosial şəbəkə platformalarında Xaçmaz rayon sakini, yetkinlik yaşına çatmayan qızın nişan mərasiminin təşkil edilməsi barədə video yerləşdirilib.
Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu "Sherg.az"a söyləyib ki, təhsil müəssisələrində bu mövzuya ciddi münasibət bəsləyən, ağıllı danışıqlar apara bilən adamlar olmalıdır:

"Fikrimcə, bunun üçün orta məktəblərə sosial iş üzrə mütəxəsislər cəlb edilməlidir. Bununla bağlı Təhsil Nazirliyinə bir neçə dəfə müraciət etdim. Təəssüf ki, məhəl qoyan olmadı. İndiki dövrdə gənclərimizin tərbiyyəsində ən təsiredici vasitə ancaq məktəblərdir. Əvvəllər bu prossesdə direktorlar, sinif rəhbərləri də iştirak edirdilər. Ancaq indiki zamanda cəmiyyət mürəkkəbləşib. Ona görə də bütün məktəblərdə sosial iş xidməti olmalıdır. Bu təklifi dəfələrlə irəli sürməyimə baxmayaraq, uyğun qurumlar özünü eşitməzliyə vurur. Məktəblərdə formal fəaliyyət göstərən psixoloqlar, "Məktəblinin Dostu" kimi layihələr effektiv iş görmür. Pedoqoji universitetlərdə, kolleclərdə sosial işçi hazırlanılır. Ancaq prossesi tam bilmirlər. Onlar sifarişli olaraq tədris müəsisələrinə cəlb olunmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət