Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir
15:38 06.05.2024
Gündəm
357
Mayın 6-da Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev professor Talat Canbolat və general-leytenant Yaşar Kadıoğlunun rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, türkiyəli qonaqlar "Xarici tədris gəzintisi" çərçivəsində Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.
Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik K.Vəliyev onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Baş Qərargah rəisi Türkiyə ilə ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirən türkiyəli nümayəndə heyəti hərbi təhsil sahəsində təcrübənin genişləndirilməsinə yönəldilmiş əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.
Sonra qonaqlar müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay və Hərbi Hava Qüvvələri komandanının birinci müavini - qərargah rəisi polkovnik Məzahir Rüstəmov ilə görüşüblər.
Görüşlərdə Azərbaycan Ordusunda həyata keçirilən islahatlardan danışılıb, hərbi təhsil sahəsində birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət