UNESCO-da Azərbaycan kəlağayı hazırlanması nümayiş olunub
Yusif Nəzərli
00:16 22.05.2024
Cəmiyyət
905
UNESCO-nun mənzil-qərargahında Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi, Azərbaycanın Fransadakı səfirliyi və MEZO-nun birgə təşkilatçılığı ilə Azərbaycanın milli qadın baş örtüyü kəlayağıya həsr olunmuş sərgi və onun hazırlanmasının nümayişi keçirilib.
“Report”un Fransa bürosu bildirir ki, “Harmoniya simfoniyası: ipək zərifliyi onilliyi, Kələyağı – UNESCO-nun irsi” adlı tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, təşkilatın icra şurasının direktoru Vera El Khoury, MEZO-nun layihə rəhbəri, professor Nabat Qaraxanova, diplomatlar, jurnalistlər, fransalı incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev dekorativ-tətbiqi sənət məhsulları içərisində orijinal bəzək texnikasına malik, Azərbaycanın milli incəsənətinin tərkib hissəsi olan kəlağayı, onun Azərbaycan xalqı üçün daşıdığı mənəvi dəyəri, tarixi haqqında danışıb.
Tədbirdə qonaqlara “Şah buta”, “Saya buta”, “Xırda buta” kələyağılarının hazırlanması nümayiş olunub. Usta qəlibi yağa batıraraq kəlağayının kənarı boyunca basaraq naxışların həkk olunmasını göstərərək izah edib. Qonaqlar tədbir zamanı qoz və palıd ağaclarından hazırlanan ornamental taxta qəliblərdən istifadə edərək kəlağayılara bəzəklər vurublar. Tədbirdə qonaqlara Azərbaycanın ilk süni intellektlərindən olan Şuşa xanımın “Rəmzlərin rəqsi” sərgisi nümayiş olunub. Sərgidə Azərbaycanın mədəni irsi olan kəlayağı sənəti, onun zəngin motivləri və simvolları Artırılmış Reallıq (AR) texnologiyası vasitəsilə canlandırılıb. Bu sərgidə Azərbaycanın tarixi və mədəni zənginliyi sənətsevərlərə texnologiyanın sərhədlərini aşaraq yeni müstəvidə təqdim edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət