
Politoloq: Təcili sülh müqaviləsi imzalanmalıdır
Politoloq: Təcili sülh müqaviləsi imzalanmalıdır
08:24 22.05.2024
Aktual
555
Ermənistanın demoqrafiya problemini həll etmək üçün yeganə çıxış yolu budur
Ermənistan vətəndaşları müxtəlif üsullarla hərbi xidmətdən yayınmağa çalışırlar.
Ölkənin Baş naziri Nikol Paşinyan demoqrafik strategiyanın müzakirəsi zamanı deyib ki, demoqrafik vəziyyət təhlil edilərkən bir sıra amillər nəzərə alınmır. Bu səbəbdən nə qədər insan ölkəni tərk edib. N.Paşinyan həmçinin qeyd edib ki, Ermənistanın bir çox sakinləri övladlarının hərbi xidmətdən yayınmaları və səngərlərdə olmamaları üçün miqrasiya ediblər.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın Elm və Təhsil Nazirliyi
hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün təhsil qaydalarını da sərtləşdirib. Dəyişikliyə əsasən, 2025-ci ildən başlayaraq 7 və 8 yaşlı uşaqlar məktəbə qəbul olunduqdan sonra birinci sinfə yox, yaşlarına uyğun olaraq dərhal ikinci və ya üçüncü sinfə gedəcəklər. Dəyişikliyə səbəb kimi isə qeyd edilib ki, övladını bir-iki il gec məktəbə göndərən valideynlər üçün əsas motivasiya oğlanlar üçün ordudan möhlətdir. Yeni qaydaya görə, uşaq vaxtında məktəbə göndərilməsə, valideynlər yenə də istədiklərinə nail olmayacaqlar, çünki şagirdlər həmyaşıdları ilə eyni sinifdə oxuyacaq və məktəbi 18 yaşlarında bitirəcəklər. Nazirlik ümid edir ki, sərt qərardan sonra valideynlər uşaqlara çətinlik yaratmamaq üçün belə bir addım atmayacaqlar. Bu qərar yalnız valideynlər əvvəlki qaydanın artıq işləmədiyini görüb, uşaqlarını vaxtında məktəbə göndərsələr, müsbət təsir göstərəcək.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov isə “Sherg.az”a açıqlamasında deyib ki, miqrasiya problemi Ermənistan üçün yeni məsələ deyil:

“Xüsusən də, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bu məsələ sürətlənib. Bunun da bir çox səbəbi var. Əvvəla, Ermənistan qonşu dövlətlərə, əsasən də Azərbaycana qarşı yeritdiyi ərazi iddiaları və işğalçılıq siyasəti bu ölkənin regional layihələrdən təcridinə səbəb olub. Bu gün Ermənistan dalan dövlət olaraq öz fəaliyyətini davam etdirir. Bu da sözsüz ki, daxili narazılıqlara və miqrasiya probleminə gətirib çıxarır. Üstəlik, miqrasiyanın qarşısını almaq üçün hökumətin konseptual baxışları da mövcud deyil. Bu da mövcud problemin daha da dərinləşməsinə gətirib çıxarır. Hesab edirəm ki, Ermənistan hökumətinin demoqrafiya problemini həll etmək üçün yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsi imzalayıb, regional layihələrdə iştirak hüququ qazanması və iqtisadi durumunu düzəltməsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region