Yeni dünya düzəni: Tacikistanla bizi birləşdirən amillər kifayət qədərdir -ANALİZ
12:50 23.05.2024
Gündəm
481
Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü keçirilib. Görüşdən sonra Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi olub. Sənədlərin imzalanmasından sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla mətbuata bəyanatında bildirib ki, qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır.
Dövlət başçısı deyib ki, bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb.
Tacikistan Prezidenti Emoməli Rəhmon isə söyləyib ki, Beynəlxalq və regional təşkilatlar çərçivəsində ölkələrimizin təşəbbüslərinin qarşılıqlı şəkildə dəstəklənməsi təcrübəsinin davam etdirilməsinin tərəfdarı olduğumuzu bildirdik. Azərbaycanın bu il COP29-u keçirməsi ilə bağlı qərarını alqışlayırıq.
Tacikistan Prezidenti, eyni zamanda, vurğulayıb: “Biz Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxırıq”.
Qeyd edək ki, Azərbaycan Tacikistan münasibətləri 29 may 1992-ci ildə qurulub. 2007-ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan Respublikasında, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 1996-1999-cu illərdə "BMT ilə ATƏT arasında əməkdaşlıq haqqında" qətnamə layihəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən, mühüm əhəmiyyət kəsb edən düzəliş Tacikistan tərəfindən dəstəklənib.
Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk "Sherg.az"a açıqlaması zamanı bildirib ki, iki ölkə arasındakı münasibətlər heç bir zaman pis olmayıb:
"Taciklərlə bizim mədəni əlaqələrimiz SSR dövründə də yaxşı səviyyədə olub. Şükür ki, bu gün hər iki ölkə müstəqildir. Torpaqlarımız işğal altında olduğu vaxtlarda belə Tacikistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirdi. Əlbəttəki bu bizim üçün mühüm amil idi. Hazırda dünyada yeni düzən yaranır. Dövlətlər üçün milli təhlükəsizlik məsələsi əsas rol oynayır. Qarabağ Zəfərindən sonra Azərbaycanın geosiyasi müstəvidə siyasi çəkisi artıb. Tacikistan bir dövlət olaraq bu məsələlərə xüsusi diqqət ayırır. Bizi birləşdirən amillər kifayət qədərdir".
Ekspert əlavə edib ki, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonin ölkəmizə səfər etməsi, Tacikistanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu göstərir:
"Qarşılıqlı səfərlərin baş tutması münasibətlərin inkişafında yeni mərhələ aça bilər. İki ölkənin liderləri ticarət, iqtisadi əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bəyan ediblər. Tərəflərin imzaladığı sazişlərin mahiyyəti göstərir ki, münasibətlərin irəli aparılması üçün hüquqi-siyasi baza mövcuddur. Bu gün ticari-iqtisadi əlaqələrin genişlənməsi münasibətlərin inkişafına böyük təsir göstərəcək. İmzalanan sənədlərin isə müsbət nəticəsi olacaq. Düşünürəm ki, tərəflər arasında bu cür səfərlər nə qədər çox olarsa, əlaqərimiz o qədər inkişaf edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm