İldırım vuran uşaqları torpağa basdırdılar
Yusif Nəzərli
17:59 07.07.2024
Dünya
503
Uşaqların həyatını xilas etmək mümkün olub
Türkiyənin İğdır bölgəsində heyvanlarını otaran qardaşları ildırım vurub.
“Sherg.az" “Milliyet.com.tr”yə istinadən bildirir ki, uşaqları ildırım vurduğunu görənlər cəld tərpənərək onların üzərinə torpaq tökməyə başlayıb. Üzərlərinə torpaq qalanması səbəbindən uşaqların həyatını xilas etmək mümkün olub. Hadisə günorta saatlarında Asma kəndi ərazisində baş verib. Rəhimə və Mehmet Ali Aktaş ailəsinin 2 övladı 17 yaşlı Yunus Əmrə və 15 yaşlı Əziz Aktaş naxırda ikən ildırım vurmasına məruz qalıb. Bu, son günlər bölgədə hava şəraitinin kəskin dəyişməsi, leysan yağışları, göy gurultusunun ardınca ildırım çaxması nəticəsində olub. Hadisə yerinə gələn təcili yardım briqadası qardaşları xəstəxanaya aparıb. Həkimlər bildirib ki, kənd camaatının dərhal və vaxtında müdaxiləsi uşaqların həyatını xilas edib. İldırım vurarkən torpağa basdırılma qədimdən mövcud olan vasitədir. Deyilənə görə, ildırım vuran adamlar torpaqla basdırıldıqda torpaq ildırımın ağırlığını bədəndən çəkib çıxarır. Kəndlilər də bu vasitədən istifadə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya