
Bacı-qardaş rəqabəti: Valideynlər uşaqları arasında ədalətli davranmalıdır
12:54 22.08.2024
Sosial
605
Uşaqları tərbiyəli böyütmək böyük səy tələb edir. Amma uşaqları böyüdən zaman hər bir valideyn bir sıra çətinliklərlə üzləşir. Bu çətinliklərdən biri də bacı-qardaş arasında olan mübahisələrdir.
Bəs bu mübahisələr nədən qaynaqlanır? Ümumiyyətlə, qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır?
Mövzu ilə bağlı "Sherg.az"a danışan psixoloq-konsultant Zeynəb Əyyubova deyib ki, ailə daxilində uşaqların çox vaxt bir-birləri ilə yola getməməsi hər bir dövr üçün aktualdır:

''Məsələn, daima böyük uşaqdan daha çox səbr gözlənilir və onun üzərinə məsuliyyət atılır. Yəni hər zaman balacanı yola ver deyirlər. Bunun üçün də evin son beşikləri fürsətdən istifadə edərək istədiklərini edirlər. Bu səbəbdən valideynlərə tövsiyə edirik ki, qaydaları böyük və kiçik uşaqlar üçün yaşları nəzərə alınmaqla eyni cür qoysunlar. Bəzən biz qardaş və qardaş bacı münasibətlərində onları bir-biri ilə müqayisə edirik. Bu müqayisənin nəticəsində uşaqlar arasında paxıllıq yaranır. Qısqanclıq bəşərin yarandığı gündən mövcuddur. İnsanın böyüməsi ilə bu hiss kiçilib yox olmur, əksinə böyüyüb həsədə çevrilərək ictimai problem kimi varlığını davam etdirir. Ona görə də bu məsələdə diqqətli olaq.Qeyd edim ki, valideynlərin qanununa uşaqların hər biri əməl etməlidir. Qaydalar pozana hansısa cəza verilirsə, şərtlər bərabər olmalıdır. Valideynlər özləri də bilmədən uşaqları kapriz edərkən gülür və onları dəstəkləyir. Ancaq bu vərdiş halına çevrilir. Ona görə də valideynlər uşaqları arasında ədalətli davranmalıdır. Həmçinin, hər uşağa özünü xüsusi hiss etdirəcək şəkildə davranmaq bacı-qardaş arasındakı rəqabəti azaldacaq ".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya