
Fransa və Rusiya arasında Ermənistan mübarizəsi uzun müddət davam edəcək -ANALİZ
12:18 20.09.2024
Aktual
560
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın xarici işlər naziri Stefan Sejurnenin Ermənistana səfərini və Moskvanın İrəvana təzyiq göstərməyə çalışması ilə bağlı açıqlamalarını şərh edərkən bildirib ki, Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur. O bildirib ki, diplomatiya baxımından tamamilə istedadsız bir xadim ki, növbəti dəfə öz istedadsızlığını, tarixdən, ənənələrdən xəbərsizliyini nümayiş etdirib. Mənim fikrimcə, bu, Rusiyaya qarşı istedadsızlıq və axmaqlıq, səfər etdiyi ölkəyə, Ermənistana qarşı isə hörmətsizlik idi. Amma digər tərəfdən, biz qeyd edirik və dəfələrlə şərh etmişik ki, Qərb ölkələrinin bu region üçün dağıdıcılıqdan başqa bir gündəmi yoxdur. M.Zaxarova əlavə edib ki, Qərb ölkələrinin siyasəti Cənubi Qafqazda sülhün təmin edilməsinə yönəlməyib. Həmçinin onlara lazım olan tək şey bu region ölkələrinin toqquşmasıdır. İnkişafa, problemlərin həllinə kömək etmirlər. Onlar yalnız toqquşdurmağa, qızışdırmağa, alçaltmağa, təhqir etməyə və dağıtmağa hazırdırlar. Bu da bunun növbəti təzahürüdür. XİN-in rəsmi nümayəndəsi həmçinin Ermənistan rəsmilərinin Sejurnenin anti-Rusiya bəyanatlarına reaksiya verməməsinə təəccübünü ifadə edib. Və bildirib ki, düzü, müttəfiqlərimizin, dostlarımızın buna reaksiya verməməsi təəccüb doğurur. Axı, bu, Ermənistanda deyilib. Əgər kimsə dostlarımıza qarşı belə bir ifadə işlətsəydi, belələrini yerində oturtmağa fürsət tapardıq.
"Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, Amerika Birləşmiş Ştatları və Qərbin Cənubi Qafqaza yönəlik siyasi kurs hədəfləri regionda sülh və əmin-amanlığa ciddi şəkildə əngəl törədir:

“Hazırda Ermənistan sürətlə silahlandırılır. Eyni zamanda Qərb tərəfindən Ermənistan Azərbaycan və Rusiyaya qarşı qarşıdurma mövqeyinə yönəldilir. Təbii ki, bütün bu proseslərin içərisində Fransa da mövcuddur. Yəni rəsmi Paris də Ermənistanı Rusiya və Azərbaycana qarşı istifadə edən Qərb ölkələrinin sırasında yer alır. Ona görə də Mariya Zaxarovanın açıqlamasını haqlı hesab etmək olar. Amma Zaxarova nəzərə almalıdır ki, uzun illər Rusiya da eyni prosesi həyata keçirib. Yəni Rusiya da Ermənistanı silahlandırıb və Azərbaycana qarşı istifadə edib. Həmçinin Rusiya Ermənistanı Cənubi Qafqazda öz jandarmına çevirməyə çalışıb. Düzdür, jandarmına çevirməyi bacarmasa da, Ermənistanı öz forpostuna çevirməyi bacarıb. Digər tərəfdən Şimal qonşumuz Azərbaycan torpaqlarının işğalında da Ermənistanı dəstəkləyən dövlətləri sırasında əsas yerdə dayanıb. Ona görə də Rusiyanın Cənuba Qafqazdakı tarixən mövqeyi ABŞ və Qərbin regiondakı indiki davranışından çox da fərqlənmir. Yegan fərq ondan ibarətdir ki, Ermənistan əvvəl Rusiyanın forpostu olub, indi isə ABŞ və Fransanın siyasi müstəmləkəsidir. Məhz bu səbəbdən Fransanın Ermənistan üzərində təsir məsələsində Rusiyanı əvəzləməsi rəsmi Kremli ciddi formada qıcıqlandırır. Ona görə Rusiya xarici işlər nazirlərinin təmsilçiləri Fransa təmsilçilərinə qarşı belə qəzəbli açıqlamalar verirlər. Fransa rəsmi dairələri də Rusiyaya qarşı qərəzli açıqlamaları tez-tez səsləndirir. Rusiya da, Fransa da Cənubi Qafqaz üçün ciddi problemdir. Fransa və Rusiya arasında Ermənistana nəzarət etmək uğrunda mübarizə uzun müddət davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran nümayəndə heyəti İslamabadı tərk edib
19:44 25.04.2026
Gündəm
İsrailin hücumu nəticəsində Livanda dörd nəfər ölüb
19:01 25.04.2026
Dünya
İran XİN rəhbəri Omana gedib
18:58 25.04.2026
Dünya
Azərbaycanın Ukrayna mövqeyi ardıcıl və dəyişməzdir - ŞƏRH
18:22 25.04.2026
Gündəm
Makron: Fransa enerji qıtlığı ssenarisini ehtimal etmir
18:19 25.04.2026
Dünya
Rusiyanın Dneprə hücumlarında yaralıların sayı artıb
18:04 25.04.2026
Dünya
İran-Türkiyə sərhədində yeni keçid məntəqəsi açılıb
18:02 25.04.2026
Dünya
Aİ səfiri Gürcüstan XİN-ə çağırıldı
17:31 25.04.2026
Region
Netanyahunun Livan Prezidenti ilə görüşü planlaşdırılır
17:01 25.04.2026
Gündəm
Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalanıb
16:59 25.04.2026
Gündəm
"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb
16:44 25.04.2026
Futbol
UKMTO: Somali sahillərində tanker ələ keçirilib
16:30 25.04.2026
Dünya
Təbriz aeroportu bir həftədən sonra fəaliyyətini bərpa edəcək
16:18 25.04.2026
Region
Əraqçi Pakistanın Baş naziri ilə görüşdü
16:03 25.04.2026
Dünya
Türkiyə PUA istehsalını bütün ölkə miqyasında yayır
15:44 25.04.2026
Region