Yerin müvəqqəti peyki planetimizə yaxınlaşır
Yusif Nəzərli
13:31 21.09.2024
Gündəm
418
Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Sherg.az verilən məlumata görə, 2024 PT5 asteroidi 7 avqust tarixində Madriddə Komplutens Universitetinin astronomları tərəfindən kəşf edilib. Təxminən 10 metr uzunluğunda olan asteroid, 29 sentyabrdan 25 noyabradək Yerin cazibəsinə düşərək onun mini peykinə çevriləcək. Lakin hesablamalara əsasən, asteroid tam orbitə keçməyəcək və tezliklə yenidən Günəşin cazibə qüvvəsinə qayıdaraq səyahətini davam etdirəcək. Təəssüf ki, asteroid çox kiçik və tutqundur. 2024 PT5-in ulduz ölçüsü 27,6 olduğundan, nəinki adi gözlə, hətta həvəskar teleskoplarla belə onu izləmək mümkün olmayacaq.
Buna baxmayaraq, bu mini peykin mühüm elmi əhəmiyyəti var. Bu hadisə Yerə yaxınlaşan asteroidləri daha yaxşı başa düşmək, onların hərəkət trayektoriyasını təhlil etmək və Yerin cazibəsinə düşdükdə necə davrandığını araşdırmaq üçün mühüm bir nümunədir. Bu məlumatlar, gələcəkdə digər asteroidlərin Yerlə toqquşma ehtimalını qiymətləndirməkdə də əhəmiyyətli rol oynayacaq. Çünki bəzən asteroidlər Yerə çata bilir, lakin onların ölçüləri həmişə belə kiçik olmur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alyaska sahillərində güclü zəlzələ baş verib
15:25 25.04.2026
Hadisə
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
15:11 25.04.2026
Futbol
Müğənni Elçin Cəfərov artıq dəvətlərə qatılmayacaq
14:58 25.04.2026
Şou
Xankəndidə üç marşrut xətti istifadəyə verilib
14:27 25.04.2026
Qarabağ
"Meyxanaçılar buna görə pis vərdişlərə qurşanır" - Vüqar Əbdülov
13:51 25.04.2026
Şou
Meloni İspaniyanın NATO-dan çıxması ehtimalına münasibət bildirdi
13:41 25.04.2026
Dünya
Sabah Azərbaycanda 24 dərəcəyədək isti olacaq
13:32 25.04.2026
Ekologiya
Joze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq?
13:14 25.04.2026
Futbol
Gürcüstanda emiqrantların və immiqrantların sayı azalıb
12:55 25.04.2026
Dünya
"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi" - Nərgiz
12:39 25.04.2026
Şou
Bığları ilə gündəm oldu - “Yaraşdığı üçün uzatdım”
12:23 25.04.2026
Cəmiyyət
Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
12:17 25.04.2026
Ekologiya
ABŞ-İran görüşü baş tutacaqmı? - Ən böyük maneə açıqlandı
11:30 25.04.2026
Gündəm
Sosial mənzillər: Kimlər yenidən müraciət edə bilər?
11:17 25.04.2026
Sosial