Elnur Aydın: Tələbələr yataqxana, dərslik və nəqliyyat xərclərini ödəməkdə çətinlik çəkirlər
11:33 23.09.2024
Elm və Təhsil
856
"Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı hər hansı qayda dəyişikliyi və ya yeniliyin tətbiq edilməsi məqsədilə mütəmadi olaraq araşdırmalar aparılır, beynəlxalq təhlillər edilir".
Bu barədə "Trend"in sorğusuna cavab olaraq, Təhsil Tələbə Kredit (TTK) Fondundan məlumat verilib.
Qeyd edilib ki, Fonda ümumi rəhbərlik Himayəçilik Şurası tərəfindən həyata keçirilir.
"İldə bir neçə dəfə Şuranın iclası keçirilir. Bu iclaslarda yeni təkliflər səsləndirilir, müzakirə olunur və qərarlar qəbul edilir. Yalnız bundan sonra Qaydalara əlavə və dəyişikliklər edilir. Qeyd olunan məsələ və ya digər yeniliklərlə bağlı hər hansı rəsmi qərar olarsa və qaydalara dəyişiklik edilərsə, ictimaiyyətə məlumat veriləcək.
Bu günə kimi Fonda 54 minə yaxın müraciət daxil olub, 42 minə yaxın təhsil krediti müqaviləsi rəsmiləşib.
Yeni tədris ilində, yəni 2024-2025-ci tədris ilinin başlanğıcında elektron portala 7600-dən çox müraciət daxil olub, təqribən 4700 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib. Digər müraciətlər hazırda emal prosesindədir. Hazırda da tələbələr TTK-ya müraciət edir. Tələbələr payız semestrinin sonuna kimi e-ttkf.edu.az portal vasitəsilə kredit üçün müraciət edə bilərlər", - deyə əlavə edilib.
Təhsil eksperti Elnur Aydın “Sherg.az”a bildirib ki, təhsil kreditləri Azərbaycanda əsasən Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən verilir:
“Fond dövlət ali təhsil müəssisələrində təhsil alan bakalavr və magistr tələbələrini maliyyə dəstəyi ilə təmin edir.
Bununla yanaşı, bəzi hallarda özəl banklar da tələbələrə təhsil krediti təklif edir. Ancaq bu cür kreditlər adətən fərqli şərtlərlə verilir və faiz dərəcələri dövlət tərəfindən verilən kreditlərə nisbətən yüksək ola bilər.
Təhsil Tələbə Krediti Fondu vasitəsilə tələbələr iki növ kredit əldə edə bilərlər:
1. Sosial təhsil krediti:
2. Standart təhsil krediti
Hər iki növ kredit tələbənin təhsil haqqını ödəmək məqsədilə verilir və məzun olduqdan sonra geri qaytarılmalıdır. Bu kreditlər tələbələrə maliyyə çətinliklərini aradan qaldırmağa kömək edir. Lakin gələcəkdə geri ödənilməli olan bir öhdəlik olaraq qalır. Tələbələr yataqxana, dərslik və nəqliyyat xərclərini ödəməkdə çətinlik çəkirlər, xüsusən də həssas kateqoriyadan olan ailələrin övladları. Mövcud təhsil kreditləri isə əsasən təhsil haqqını ödəmək üçün nəzərdə tutulur.
Yataqxana, dərslik və nəqliyyat üçün kreditlər də verilsə, bu, tələbələrə maliyyə yükünü azaldar. Yəni bu tip güzəştli kreditlərin verilməsi təhsilə əlçatanlığı artırar. Həmçinin tələbələrin maddi çətinliklərdən azad bir şəkildə təhsilinə kömək edər. Ümumiyyətlə bu istiqamətdə addımların atılması tələbələrin həyat şəraitinin yaxşılaşdırılması üçün əhəmiyyətli ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Reperdə çox sayda uşaq pornoqrafiyası tapıldı!
06:00 25.04.2026
Şou
Qarışqalar bu qoxuya nifrət edir: Bitkiləri xilas edən ədviyyat
05:25 25.04.2026
Maraqlı
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm