
Ucqar kənd məktəblərində vakant yerlər illərdir ki, boşdur -Ekspert səbəblərdən danışdı
11:34 07.10.2024
Elm və Təhsil
923
Hazırda ölkənin ucqar kəndlərində yerləşən təhsil müəssisələrinin bəzilərində kadr çatışmazlığı müşahidə edilir. Hətta, bu günlərdə "Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 2 mindən artıq yerin 3 ildir seçilməməsi" ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin açıqlama verib. Gənc müəllimlər rayon mərkəzləri və şəhərlərə can atılar ki, bu da kəndlərə işləməyə gedənlərin sayına təsir etmiş olur.
Baxmayaraq ki, ucqar bögələrdə çalışan müəllimlərə H1 və H2 proqramı çərçivəsində həvəsləndirici güzəştlər edilir, amma yenə də bu problem öz həllinin tam tapa bilmir.
Maraqlıdır, ucqar rayonlarda kadr çatışmazlığının səbəbi nədir? Problemdən çıxış yolu var?
Təhsil eksperti Elşən Qafarov “Sherg.az”a açıqlamasında deyib ki, ölkəmizdə müəllimlərin işə qəbulu üzrə müsabiqə 2011-ci ildən etibarən mərkəzləşdirilmiş qaydada keçirilir:

"Ucqar kənd məktəblərində vakant yerlər illərdir ki, boşdur. Bu problemin isə bir neçə obyektiv və subyektiv səbəbləri var. Beləki həmin məktəblərdə dərs sayı azdır. Ona görə də əməkhaqqı aşağıdır. Məsələn, "Təsviri İncəsət", "Texnologiya" fənnləri və s. Bir çox hallarda "Fizika", "Kimya", "Biologiya" fənləri yuxarı siniflərdə tədris olunmasına baxmayaraq, dərs saatı az verilir. Bu səbəbdən ucqar rayona gedib 200-300 manata görə işləməyə dəymir. Ən pisi də odur ki, həmin çətin şəraitdə yaşayan insanların təhsil ruhunu təmin edə bilmirik. Həmçinin ora gedən gənc kadrların sosial müdafiəsi ilə bağlı lazımi addımlar atılmır. Nazirlər Kabinetinin 14 Aprel 2010-cu il tarixli 67 nömrəli qərarına əsasən rayon mərkəzindən 20 kilometrə qədər uzaqda yaşayanlar və 90, 20 kilometrdən uzaqda işləyənlərə əlavə olaraq 100 manat ödənilir. Bu məbləğ isə həmin gəncləri tam təmin etmir. Həmçinin, gənclər ucqar rayonlara işləməyə getdikdən sonra təhsil idarəetmə qurumları onlarla maraqlanmır. Nəticə etibarı ilə ucqar rayonlarda işləmək istəyənlərin sayı azalır. Üstəlik ucqar kəndlərdə repetitorluq mərkəzdəki kimi inkişaf etmədiyinə görə, onların əlavə qazanc yerləri belə olmur. Bütün bu şəraitsizlik bir çox neqativ hallara yol açır. Yəni, ucqar rayonlara düşən müəllimlər əməkhaqqı kartlarını direktorlara verərək Bakıdakı kurslarda çalışırlar. Onlar düşünürlər ki, 3 ildən sonra yer dəyişmə edəcəklər. Bir sözlə, maddi təminat və sosial müdafiə aşağı, nəzarət mexanizmi isə yox səviyyəsindədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə