
Elxan Şahinoğlu: Kreml Donald Trampın qələbəsində maraqlıdır
Yusif Nəzərli
02:09 08.10.2024
Dünya
298
Rusiyanın haker qrupları bu dəfə də ABŞ-dəki prezident seçkisinin nəticələrinə təsir etməyə çalışacaqlar
Amerika Birləşmiş Ştatlarında prezident seçkisi yaxınlaşdıqca, bu ölkəyə kiberhücumların sayı artıb. Federal Təhqiqatlar Bürosu Kibertəhlükəsizlik və İnfrastruktur Agentliyi ilə birgə kənar müdaxilələrə qarşı mübarizəni gücləndirib. Bir müddət əvvəl Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçki qərargahına qarşı kiberhücumların həyata keçirildiyi açıqlanmışdı. Vaşinqton bu hücumların arxasında İranın olduğunu bəyan etdi. Vaşinqtonun açıqlamasında İranın ABŞ-də ixtilaf yaratmağa və demokratik qurumlara inamı sarsıtmağa çalışdığı bildirilirdi. Bundan başqa, İrandan olan haker qrupları Donald Trampa qarşı sui-qəsdlə bağlı paylaşımları maliyyələşdirdiyi açıqlandı.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Rusiyanın başı Ukrayna müharibəsinə qarışsa da, bu ölkənin də ABŞ-də prezident seçkisinə müdaxiləsinə dair şübhələr var. Ekspertin sözlərinə görə, Donald Trampın 2016-cı ildə qələbəsi məhz Rusiyanın haker hücumları ilə əlaqələndirilmişdi:

"İddia edilirdi ki, Kremlin maliyyələşdirdiyi haker qrupları Trampın rəqibi Hillari Klinton haqqında yanlış məlumatlar yayaraq prezident seçkisinin nəticəsinə təsir etmişdilər. Bu arada, Vaşinqton Rusiya hökumətinin yönəltdiyi 32 internet domenini qapadıb. Kremlin maliyyələşdirdiyi müxtəlif saytlar amerikalı blogerlərin səhifələrindən də istifadə etməyə çalışaraq müxtəlif dezinformasiyalar yayırlar. Bu o deməkdir ki, Rusiyanın haker qrupları bu dəfə də ABŞ-dəki prezident seçkisinin nəticələrinə təsir etməyə çalışacaqlar. Kreml Donald Trampın qələbəsində maraqlıdır. Kreml ümid edir ki, Tramp prezident seçilərsə, Ukraynaya maliyyə və hərbi yardımı dayandıracaq. Bu baş verərsə, Ukraynanın müharibədə qələbə çalmaq və ərazi bütövlüyünü təmin etmək şansı azalacaq".
Analitikə görə, Vaşinqton Çindən də şübhələnir:
"“Amerikanın səsi” radiosunun xəbərinə görə, Çindəki internet rerursları ABŞ-nin siyasətinə təsir etmək üçün xəbər axınını artırıblar. Xəbər axını içərisində ABŞ-dəki yəhudi siyasətçilərin və onların ailə üzvləri haqqında məlumatların yayılması diqqəti çəkib. Məsələn, yayılan xəbərlərdə ABŞ prezidentinin həyat yoldaşının, keçmiş ABŞ prezidentinin kürəkəninin, keçmiş ABŞ prezidentinin anasının, ABŞ dövlət katibinin, ABŞ-nin maliyyə nazirinin, dövlət katibinin müavininin, baş prokurorun yəhudi olduğu vurğulanıb. Bununla demək istəyirlər ki, ABŞ-nin siyasəti yəhudilərin təsiri altındadır. Vaşinqton bu cür xəbər axınını antisemitizmin əlaməti kimi qiymətləndirib. ABŞ rəsmiləri Çini qarşıdan gələn seçkilərin bütövlüyü üçün əsas təhlükə adlandırsalar da, Pekin bu iddiaları təkzib edib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə