
Politoloq: Paşinyan Rusiya ilə hesablaşmaq məcburiyyətində qalacaq
Yusif Nəzərli
01:17 24.11.2024
Dünya
449
Baş nazir təkbaşına Qərbin maraqlarını regionda müdafiə edə biləcəyindən əmin deyil
Son günlər Ermənistan hökumətindəki istefalar rezonans doğurub. Məlum olduğu kimi, Baş nazir Nikol Paşinyan hökumətin mühüm postlarında çalışan rəsmiləri, o cümlədən, güc strukturlarının rəhbərlərini istefaya göndərib. İstefa verənlər arasında Ermənistan daxili işlər naziri, İstintaq Komitəsinin rəhbəri, Korrupsiyaya qarşı Mübarizə Komitəsinin rəhbəri və Ermənistan Ali Məhkəmə Şurasının rəhbəri də var. Bundan əlavə, parlamentin hakim "Vətəndaş Sazişi" partiyasından olan deputatlar Ovik Ağazaryan və Narek Zeynalyan mandatlarını təhvil verməyə hazırlaşırlar. Ehtimallara görə, kadr dəyişiklikləri Paşinyanın bəzi rəsmilərlə "sərt söhbətindən" sonra baş verib.
Politoloq Turab Rzayev bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan son dövrlərdə Rusiya ilə bağlı mövqelərini yaxınlaşdırmağa çalışır və baş nazirin Qərbə inteqrasiyaya çox da inanmadığı ortaya çıxır. Ekspertə görə, bu məqamın Paşinyanın komandasında narazılıqların yaranmasına səbəb ola biləcəyi istisna edilmir:

"Gürcüstanda keçirilən seçkilərin nəticələri Rusiyanın regionda güclənməsinin anonsunu verdi. Paşinyan təkbaşına Qərbin maraqlarını regionda müdafiə edə biləcəyindən əmin deyil. O bilir ki, Rusiyanın təsiri ilə hesablaşmaq məcburiyyətində qalacaq. Görünür, Paşinyanın komandasındakı Qərbpərəstlər, heç bir halda Rusiya ilə əməkdaşlığa yaxın durmayanlar özləri istefa ərizəsi yazırlar. Bununla, həm də Paşinyan hökuməti üzərində təzyiq formalaşdırırlar ki, hökumət Qərbpərəst mövqedən əl çəkməsin, Moskva ilə yaxınlaşmasın".
Analitik deyib ki, Paşinyan özü küçə etirazları ilə hakimiyyətə gəlib və komandasında köhnə kadrlar çoxdur:
"Paşinyanın vahid komandası olmayıb. Daha çox keçmiş liberal dəstədən olan Levon Ter-Petrosyanın komandasından istifadə edib. Yəni köhnə kadrlarla ölkəni idarə etməyə davam edib. Açıq ifadə edilməsə də, hökumətdə Rusiyaya bağlı kadrlar çoxdur. Paşinyanın güc strukturlarını vaxtaşırı dəyişməsi də bununla bağlıdır. Görünən odur ki, Paşinyan yeni siyasi düzənə uyğun idarəetmə və kadrlar formalaşdırmağa çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm
Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüb
10:57 20.03.2026
Hadisə