Putin Əsədə dəstəkdən imtina etdi? - Gəmilərini çıxarır
08:34 04.12.2024
Dünya
383
Moskva yaxın gələcəkdə Bəşər Əsəd rejimini dəstəkləmək üçün Suriyaya əhəmiyyətli sayda əlavə qüvvələr göndərməyi planlaşdırmır. Rusiya Suriyanın Tartusdakı hərbi-dəniz bazasından aktivlərini çıxarır ki, bu da onun Bəşər Əsəd rejiminə dəstəyi davam etdirmək niyyətində olmadığını göstərə bilər.
Axar.az xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri bildirib.
Onların fikrincə, əldə olunan peyk şəkilləri Rusiyanın Tartusdakı bazasından faktiki olaraq bütün gəmiləri çıxartdığını göstərir:
“Rusiya bu gəmiləri, Türkiyənin mövqeyinə görə, Qara dənizdəki limanlarına köçürə bilmir. Ola bilsin ki, gəmilər Rusiyanın şimal-qərbindəki və Kalininqrad vilayətindəki bazalara yerləşdiriləcək. Bundan əvvəl Ukrayna Baş Kəşfiyyat İdarəsi Rusiyanın Afrika Korpusunun bir hissəsini Suriyaya köçürdüyünü qeyd edib. Bu, Rusiyanın prioritet hərbi əməliyyat teatrı olan Ukraynadan Suriyaya nizamlı hərbi qüvvələrini göndərməkdən çəkindiyini göstərir. Rusiyanın Tartusdan çıxışı və Afrika Korpusunun Suriyada yerləşdirilməsi barədə məlumatlar göstərir ki, Rusiya Suriya müxalifət qüvvələrinin Həma istiqamətində cənuba doğru irəliləməsindən və Tartusdakı bazaya təhlükə yaratmasından narahatdır. Lakin Rusiya hərbi komandanlığı yaxın gələcəkdə bu irəliləyişlərin qarşısını almaq üçün Suriyaya əhəmiyyətli əlavə qüvvələr göndərməyəcək", - deyə analitiklər qeyd ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya