
Beynəlxalq şər maşını: OCCPR dövlətimizə qarşı dezinformasiya hücumlarının qalasına çevrilib
11:24 05.12.2024
Aktual
533
OCCPR (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) ABŞ kəşfiyyatının ötürdüyü məlumatları "araşdırmaçı jurnalist" məhsulu kimi təqdim etməkdə davam edir. İndiyə qədər əsasən Avropa İttifaqı, Avropa ölkələri, xüsusilə ABŞ-dan aldığı vəsait hesabına formalaşdırılan bu qurum, bundan əvvəl COP dövründə də ABŞ Dövlət Departamentindən aldığı sifarişi yerinə yetirirdi. Eyni zamanda Vaşinqton Post, Qardian, CNN-in informasiya təminatçısı kimi çıxış edir. OCCPR-nin Cənubi Qafqaz siyasəti, həmçinin Azərbaycanı əsas hədəf obyektinə çevirməsi də açıq-aşkardır. Elə bunun sübutudur ki, daxili işlərə qarışmaq və erməni maraqlarının müdafiəçisi kimi çıxış edir. Eyni zamanda USAİD-in ermənipərəst rəhbəri Samanta Pauer də OCCPR-ni "tərəfdaş qurum" hesab edir. OCCPR-nin Azərbaycanla bağlı olan əsassız və doğru olmayan "araşdırmaları" pul müqabilində Xədicə İsmayılın imzası ilə yayılırdı.
Politoloq Tural İsmayılov "Sherg.az"a bildirib ki, OCCPR beynəlxalq şərh maşınıdır:

"Sözügedən qurum bu günə qədər dövlətlər və xalqlar haqqında mənasız dezinformasiya hücumları həyata keçirən qarayaxma kompaniyası ilə məşğul olub. OCCPR-də təmsil olunanlar, onun müxtəlif ölkələrdə əməkdaşlıq etdiyi adamların özü də şəffaf, dürüst və təmiz qayda-qanunlarla işləyən adamlar deyil. Onlar həm də müxtəlif təxribatlar törədərək xalqlara, ölkələrə qarşı imperialist hücum alətinə çevriliblər. Heç vaxt obyektivliyi, reallığı və ədaləti müdafiə etməyiblər. Çünki həmişə bir məqsədləri və məkrli planları olub. Ümumiyyətlə Azərbaycan beynəlxalq hüququnu təmin edib, öz ərazi bütövlüyünü tam əldə edəndən sonra OCCPR dövlətimizə qarşı dezinformasiya və "fake news" hücumlarının qalasına çevrilib. Təəssüfedici məqamdır ki, beynəlxalq hüquqdan, ədalətdən dəm vuran OCCPR-nin əməkdaşlıq etdiyi dövlət və qurumlar da onun vasitəsilə təxribatçı hücumlarına bir an belə ara vermirlər. Eyni zamanda OCCPR-nin maliyyə qaynaqlarının içərisində ABŞ Dövlət Departamentinin müxtəlif qrantları xüsusi rol oynayır. Buna görə də OCCPR hər hansı formada ABŞ milyarderlərinin ofşor hesablara oğurlayıb daşıdığı pulları araşdıra bilmir. Bu da açıq-aydın onun nümayişidir ki, OCCPR-nin məqsədini araşdırması nə jurnalistikadır, nə də nəzəri tədqiqatçılıqdır. OCCPR bəlli qurum və dairələrin əlində təzyiq vasitəsi və təsir rıçağından başqa bir şey deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm