
Abır-həya pərdəsi götürülüb: Valideyn-övlad münasibətlərində çatlar əmələ gəlir
11:44 05.12.2024
Cəmiyyət
717
Ata özünü və azyaşlı qızını eyvandan atmağa cəhd edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"un "Telegram" kanalından məlumat yayılıb.
Məlumata görə, dekabrın 4-ü saat 13 radələrində əvvəllər qeyri-qanuni maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək məhkum olunan 1991-ci il təvəllüdlü Elnur Əli oğlu Şalıyev yaşadığı evin eyvanından (10-cu mərtəbə) özünü və 2016-cı il təvəllüdlü qızını atmağa cəhd göstərib.
Polis əməkdaşları tərəfindən bu cəhdin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a söyləyib ki, zaman dəyişib, insanlar “müasirləşdikcə” digər milli ailə dəyərlərimiz kimi, valideyn-övlad münasibətlərində də çatlar əmələ gəlir:

“Ata-oğul, ana-qız arasında əsrlərdən bəri qorunub-saxlanan hörmət, abır-həya pərdəsi, demək olar ki, yox dərəcəsindədir. Valideynlərin çoxu uşaqla münasibətdə səbrsiz davranır, onlarla zaman keçirməyi böyük bir iş kimi görürlər. Ailədə qadın-kişi münasibətləri kimi, valideyn-övlad münasibətləri də əsas götürülür. Ancaq bu gün biz bir çox ailələrdə tərəflər arasındakı qarşılıqlı hörmətin olmadığının şahidi oluruq. Artıq Azərbaycan ailələrində valideyn-övlad münasibətləri gərginliksiz ötüşmür. Azərbaycanda övladlarının hüquqlarını pozan valideynlər cinayət məsuliyyətinə cəlb olunsalarda, bundan nəticə çixaran valideyinlər çox azdır. Əvvəl ata qızıyla aradan pərdəni götürməzdi. Nə sözü olsa, ana vasitəsilə qızına çatdırardı. Təəssüf olsun ki, bu gün qızına əl qaldıran, cinsi təcavüz edən, hətta qanından olan övladının canina qıyan "ata"lar var. Niye? Çünki onların özlərinin ciddi psixoloji travmaları var. Uşağınıza dəyər verib sevginizi hiss etdirməniz onun sizə qucaq açmasına səbəb olacaq. O da sizi sevəcək və sizə məhəbbət göstərəcək. Verdiyiniz qərarlara hörmətlə yanaşacaq, sevərək yerinə yetirəcək. Əgər övladınıza tərbiyəni qəzəb və kin ilə öyrətməyə və ya deməyə çalışsanız, onda övladınız nəinki sizə qulaq asacaq, hətta sizdən intiqam almağa da çalışacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm