
Vaqif Qarayev: İstifadə müddəti keçmiş dərmanlar...
12:10 05.12.2024
Sağlamlıq
549
Yararlılıq müddəti bitmiş dərmanların satışına görə cərimələr artırılır.
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər doqquz min manatdan on bir min manatadək məbləğdə cərimə ediləcək.
Pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında deyib ki, apteklərdə istifadə müddəti bitmiş dərmanlar ola bilər:

“Amma son vaxtlar istifadə müddəti bitmiş dərmanların aptekdə olması halları azalıb. Çünki insanlar aldığı dərmanın istifadə müddətinə özləri baxır. Əvvəl bu problem çox idi. Mənim də başıma gəlib. Düşünürəmki, aptek işçisi məsuliyyətli olduğu qədər, alıcı da məsuliyyətli olmalıdır. Ümumiyyətlə istifadə müddəti keçmiş dərmanlar təsir gücünü itirə və ya zərərli təsirlər göstərə bilər. Buna görə belə dərmanları istifadə etməyin. Digər tərəfdən dərmanın rəsmi istifadə vaxtını dəyişmək mümkün deyil. Əgər dəyişmək olursa da bu artıq cinayət məsələsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm