Parisdə Fransanın müstəmləkəçilik siyasətinə qarşı aksiya keçirilib
Yusif Nəzərli
16:51 14.12.2024
Dünya
353
Fransanın paytaxtı Parisin mərkəzində, Eyfel qülləsinin önündə yerləşən Trokadero - İnsan Hüquqları meydanında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı və fransız müstəmləkələrinin müstəqillik hərəkatlarının üzvlərinin iştirakı ilə "Dekolonizasiya gününə" (BMT Baş Assambleyası 14 dekabr 1960-cı ildə "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə" qəbul edib - red.) həsr olunmuş etiraz aksiyası keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, aksiyada "Kolonializmə son, azadlıq"", "Azadlıq üçün mübarizə edək!", "Azad gələcək üçün birlikdə!", "Dekolonizasiya indi başlayır!", "Gəlin tarixi öz sözlərimizlə və öz mübarizəmizlə yenidən yazaq", "Torpaqlarımızı və tariximizi bizə geri ver!" kimi müxtəlif şüarlar səsləndirilib.
Aksiyada Komor adalarını, Qvadelupanı, Fransa Polineziyasını, Reunionu, Yeni Kaledoniyanı, Sen Marteni, Korsikanı və Martinikanı təmsil edən müstəqillik hərakatlarının nümayəndələri iştirak ediblər.
Aksiyaçılar 14 dekabr 1960-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 1514 nömrəli Qətnamənin yerinə yetirilməsi, eyni zamanda beynəlxalq ictimaiyyəti və təşkilatları müstəmləkələrdəki cari vəziyyətə adekvat reaksiya göstərməyə çağırış ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya