Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq
Yusif Nəzərli
11:57 01.01.2025
Gündəm
246
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbərliyi Qazaxıstanın Ankaradakı səfirliyində olub, “Azərbaycan Hava Yolları”nın (AZAL) qəzaya uğrayan təyyarəsinin göyərtəsində digərləri ilə yanaşı Qazaxıstan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, TADİV-in rəhbəri, Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar və TADIV-in Himayəçilik Şurasının üzvü, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Qazaxıstanın Türkiyədəki səfiri Erkebulan Sapiyevə başsağlığı veriblər.
TADİV nümayəndələri 38 nəfərin, o cümlədən 6 qazaxıstanlının həyatına son qoyan qəza fonunda Azərbaycanla həmrəylik nümayiş etdirən Qazaxıstanın dövlət qurumlarının və sadə vətəndaşlarının mövqeyini yüksək qiymətləndiriblər.
“Azərbaycan xalqı riskə baxmayaraq, təyyarə qəzasından sonra ilk dəqiqələrdən AZAL təyyarəsinin sərnişinlərinə və ekipajına kömək etməyə tələsən qardaş Qazaxıstan sakinlərinin hərəkətlərini unutmayacaq. Qazaxıstan vətəndaşları zərərçəkənlərə qan vermək üçün xəstəxanalarda uzun növbələr yaradıblar. Biz qardaş xalqın fədakarlığını unutmayacağıq”, - deyə A. Attar bildirib.
TADİV rəhbəri qəzanın qərəzsiz araşdırılması məsələsində açıq-aydın və vahid mövqe nümayiş etdirən Qazaxıstan və Azərbaycan prezidentlərinin mövqeyinə xüsusi diqqət çəkib.
Görüşdə TADIV koordinatoru Əli Əkbər Tufan da iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual
İranın Azərbaycana hücumu o deməkdir ki... – “Quardian”
15:14 05.03.2026
Dünya
İran Türkiyədə İncirlik bazasını vurmaq istəyirmiş
15:11 05.03.2026
Gündəm
Dövlət Neft Fondunun rəhbərliyinə təyinat olub
15:06 05.03.2026
Gündəm
Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib
15:04 05.03.2026
Gündəm
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:01 05.03.2026
Gündəm
“Naxçıvana zərbə Azərbaycan və Türkiyəyə mesajdır” - Türk analitik
14:40 05.03.2026
Gündəm