
Aydın Hüseynov: Azərbaycanın D-8-ə üzv seçilməsi təşkilatın siyasi-iqtisadi imkanlarını artıracaq
11:47 09.01.2025
Ölkə
745
Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir.
Bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib. Otuz ilə yaxın bundan əvvəl yaranmış təşkilatın birinci genişlənmə qərarından sonra qəbul edilən ilk üzvün Azərbaycan olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. Prezident, həmçinin qeyd edib.
İlham Əliyev bildirib ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir.
Milli Məclisin deputatı Aydın Hüseynov “Sherg.az”a bildirib ki, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvü seçilməsi mühüm siyasi-iqtisadi hadisədir və ölkəmizin nüfuzünu göstərir:

“Bu, həm də Azərbaycanın yürütdüyü unikal diplomatiyanın növbəti uğuru kimi səciyyələndirilə bilər. Bu, eyni zamanda, regional və qlobal təşkilatlarda ardıcıl olaraq öz layiqli yerini tutan respublikamıza tərəfdaş ölkələrin dərin etimad və etibarının təzahürüdür. Cənab Prezident İlham Əliyev də məsələnin mahiyyətini yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bəyan etdi. Otuz ilə yaxın bundan əvvəl yaranmış təşkilatın birinci genişlənmə qərarından sonra qəbul edilən ilk üzvün Azərbaycan olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir”.
Millət vəkili qeyd edib ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilib:
“Bu, ölkəmiz üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. “İslam Səkkizliyi” adlanan D-8 formatı siyasi nüfuzu ilə yanaşı, həm də böyük iqtisadi potensiala malik təsisat kimi mühüm statusa malikdir. Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda qurulan, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanı və hazırda Azərbaycanı öz sıralarında birləşdirən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı faktiki olaraq bundan sonra “İslam doqquzluğu”na çevrilmiş olur. Təşkilat regionda qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, iqtisadi və ticarət, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir. Həmçinin, Şərqlə Qərb arasında iqtisadi-ticari körpü, nəqliyyat və kommunikasiyaların vəhdətində bu qurumun təsiretmə imkanları böyükdür”.
A.Hüseynov vurğulayıb ki, təşkilatın birləşdirdiyi ölkələrdə 1,2 milyard insan yaşayır, iqtisadiyyatlarının həcmi 4 trilyon dollardır:
“Eyni zamanda, üzv ölkələrin ümumini ticarətlərinin həcmi 1,8 trilyon dollar təşkil etməklə, ümumdünya ticarətində 5 faiz paya malik olduğunu təsdiqləyir. Azərbaycanın qoşulmasından sonra D-8-in iqtisadiyyatının dəyəri ən azı 100 milyard dollar, ticari mübadilənin həcmi 50 milyard dollar artmış olacaq. Eyni zamanda, sərmayələrdə və regional yük daşınmalarında, logistika mübadilələrində də əhəmiyyətli dinamika yaranacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət