
Ermənistanla strateji sənəd Bayden administrasiyasının məhsuludur -ŞƏRH
Yusif Nəzərli
13:25 18.01.2025
Aktual
692
Trampın bu sənəddən irəli gələcək məsələləri icra edib-etməyəcəyi bəlli deyil
Ermənistan və Amerika Birləşmiş Ştatları arasında imzalanan ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, strateji tərəfdaşlıq haqqında xartiya beynəlxalq və regional problemlərin həllinə yönəlmiş əməkdaşlığın yeni mərhələsini ehtiva edir. ABŞ-Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi qlobal siyasi mənzərəyə təsir imkanı verir. Həmçinin, sazişin Ermənistan - Azərbaycan, ABŞ - Azərbaycan münasibətləri üçün də mühüm təsiredici şərtə çevrilməsi ehtimalı da yüksəkdir.
Ölkəmiz üçün bu sazişin hərbi elementləri daha çox maraq kəsb edir. Bu saziş Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına birbaşa zərbədir. Əgər Blinken, doğrudan da, Qafqazda sülh istəsəydi, Bakı və İrəvan arasında sənədin imzalanmasını gözləyərdi, daha sonra haylarla nə istəsələr edərdilər.
Qeyd edək ki, ABŞ ilə Ermənistan arasında saziş imzalanması, yenə də “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Bayden administrasiyasının, dövlət katibi A.Blinkenin bu günə kimi bütün dünya üzrə həyata keçirdiyi dağıdıcı, riyakar siyasətin növbəti təzahürüdür.
Artıq bir neçə günə öz postunu tərk edəcək A.Blinken son anda belə öz dövlətinə və Vaşinqtonun dünyanın müxtəlif bölgələrində maraq və mənafelərinə zərbə vurmaqdan, iqtidara gəlmiş D.Tramp komandası üçün minalanmış sahələrin coğrafiyasını daha da genişləndirməkdən çəkinmir.
Bayden administrasiyası Yaxın Şərq, Afrika, Latın Amerikası, Avropa – bir sözlə, dünyanın bütün bölgələrində qanlı qarşıdurmaların, üsyanların, qətliamların, milyonlarla insanın qaçqına çevrilməsinin və öz yurd-yuvasından didərgin düşməsinin, siyasi və iqtisadi sistemlərin çökməsinin, bütöv ölkələrin parçalanıb dağılmasının, onların xalqlarının faciələr yaşamasının səbəbkarıdır. Bu bəlaların əsas müəllifi yaşı səbəbindən anlaqsız duruma düşmüş Prezident C.Baydendən daha çox özünü dünyaya sülhpərvər, mələk qiyafəsində təqdim edən, əslində isə yalançılıq, xəyanət, riyakarlıq və bu kimi əksər mənfi keyfiyyətlərin daşıyıcısı olan A.Blinkendir.
Blinkenin simasızlığı, riyakarlığı ABŞ-nin Azərbaycan və Ermənistan arasında danışıqlardan uzaqlaşdırılması və Vaşinqtonu Cənubi Qafqazdakı proseslərdən uzaqlaşdırması, öz mövqelərini itirməsi ilə nəticələndi. Onun Gürcüstanı qarışdırmaq, onu hərbi əməliyyatlar üçün plasdarma çevirmək, gürcü xalqının fəlakəti üzərində öz siyasi ambisiyalarını reallaşdırmaq planı da iflasa uğradı.
Siyasi ekspertlərin fikrincə, Bayden administrasiyasının səlahiyyət müddətinin başa çatmasına bir neçə gün qalmış Ermənistanla strateji sənədin imzalanması Bayden administrasiyasının, Blinken diplomatiyasının qatı ermənipərəst mövqedə olduğunu göstərir.
Baydendən fərqli olaraq Donald
Trampın ermənilərə rəğbətinin olmadığını vurğulayan politoloq Turan Rzayevin “Sherg.az"a açıqlamasına görə, bu həm də erməni lobbisi, diasporu və kilsəsinin onun hakimiyyəti dövründə effektiv işlər görmə imkanının məhdudlaşması demək idi:

“Ermənilər ABŞ-dəki gücünü itirməmək, ən azından Vaşinqton-İrəvan münasibətlərini saxlamaq üçün son anadək əllərindən gələni edib, bu sənədi imzalada bildilər.
Sənədin məzmunu ilə bağlı ətraflı məlumat açıqlanmayıb. Buna görə də pessimizmə qapılmağa dəyməz. Məsələ ondadır ki, bu sənəd Bayden administrasiyasının məhsuludur. Trampın bu sənəddən irəli gələcək məsələləri icra edib-etməyəcəyi bəlli deyil. Ümumiyyətlə, Trampın xarici siyasi kursunda Cənubi Qafqaz prioritet deyil. Yəni bir müddət Cənubi Qafqaza laqeyd yanaşa bilər.
Tramp üçün hazırda daha mühüm məsələlər var. Rusiya-Ukrayna müharibəsi, İsrail-İran gərginliyi, Çinin artan gücü və Arktikaya nəzarət strategiyası və s. Ağ Ev bu məsələlərlə bağlı mövqe sərgilədikdən sonra üzünü Cənubi Qafqaza çevirə bilər. Digər tərəfdən, Trampın Cənubi Qafqaz siyasətində Ankara ilə əməkdaşlıq yolunu tutacağı gözlənilir.
Nəticə etibarilə Trampın strateji tərəfdaşlıq haqqında sənəddən razı qalacağını düşünmürəm. Həmçinin Tramp Azərbaycana qarşı 907-ci düzəlişin icrasını dayandıra, beləcə Bakıya jest edərək Azərbaycanla Ermənistan arasında balans yarada bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə
Türkiyə-Ermənistan sərhədində dəmir yolu tikintisi davam edir
12:14 13.11.2026
Gündəm
Bağlı qapı arxasında qalan şəxsin meyiti tapıldı
11:57 13.11.2026
Hadisə
Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib
11:47 13.11.2026
Sosial
Rusiya Ukraynanın 1198 dronunu vurdu
11:33 13.11.2026
Dünya
Rusiya Ukraynanın 1198 dronunu vurdu
11:21 13.11.2026
Dünya