Əcnəbi mütəxəssislər milli komandamızda uğur qazana bilmirlər - Vüqar Nəzərov
Yusif Nəzərli
09:48 26.03.2025
İdman
456
Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusa məğlub olub. Masazırdakı “Bank Respublika Arena”da keçirilən matç rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Azərbaycan yığmasının qapısından Pavel Zabelin (59) və Nikita Demçenko (78) keçiriblər.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haitiyə də məğlub olmuşdu – 0:3.
İdman Tv-nin baş redaktoru Vüqar Nəzərov “Sherg.az”a bildirib ki, məğlubiyyətlərin olması üzücü oldu:
“Milli komandamız ilə yoldaşlıq görüşündə nəticələr gözləyirdik. Adətən baş məşqçilər yoldaşlıq görüşündə futbolçuları sınamaq baxımından imkan kim dəyərləndirdilər. Lakin azarkeşlər milli komandamızdan nəticə gözləyirdilər. Millətlər Liqasında uğursuz çıxışdan sonra milli komandamız bu yoxlama görüşlərində qələbə qazanmaqla uğursuzluğu sığortalamaq və azarkeşlərin könlünü almaq istəyirdilər. Təəssüf ki, buna nail ola bilmədilər. Yenə də ənənələrinə sadiq qalaraq meydanı məğlub tərk etdilər. Məğlubiyyət bir yana, hətta məğlub olduqları oyunda belə öz oyunlarını nümayiş etdirə bilmədilər. Yəni nə kəsərli hücumlar, nə də ki, intizamlı müdafiə gördük. Oyunda demək olar ki, komandanın 90-95 faizi cərimə meydançamızda olduğu bir vaxtda Belarus komandası bizim qapıya ikinci qol vururdu. Bax bu, düşündürücü bir haldır. Baş məşqçi isə gələcəyin komandasını qurur adıyla hələ də nə düşündüyünü bilmirəm. Məsələ burasındadır ki, əcnəbi mütəxəssislər milli komandamızda uğur qazana bilmirlər. Əgər məğlubiyyət davam edəcəksə, niyə milli komandamızın baş məşqçisi əcnəbi olmalıdır və həmin əcnəbiyə müəyyən qədər pullar ödənilməlidir? Məhz, bu düşündürücü bir tezis, düşündürücü məqam olmalıdır. Yəqin ki, nəticəyə AFFA qiymət verəcək və öz mövqeyini ortaya qoyacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi