
"3 ölkə bir araya gəlib Qafqaz sülh müqaviləsi imzalamalıdır"
Yusif Sultanoğlu
07:20 30.04.2024
Siyasət
392
Vasif Əfəndi: "Ermənistanın silahsızlaşdırılması regionun əmin-amanlığına xidmət edəcək"
Ermənistan pərdəarxası danışıqlarda Azərbaycana təslim olub. Bu barədə Ermənistanda “Qara pantera” hərbi qruplaşmasının rəhbəri Serob Qasparyan deyib. Qasparyan bildirib ki, təslim aktına görə Ermənistanın silahlanmağa haqqı yoxdur: “Buna görə Azərbaycan Ermənistana silah göndərilməsinə qarşı çıxır. Hazırda Ermənistan rəhbərliyi himnimizin, gerbimizin, konstitusiyasımızın dəyişməsindən danışır. Bu o deməkdir ki, ölkəmiz artıq təslim olub”. Qasparyan sensasiya hesab olunacaq iddia irəli sürüb: “Mən kartları açmaq istəyirəm. Qarabağın keçmiş “rəhbəri” Araik Arutyunyan iki il əvvəl mənə bir sirri etiraf etmişdi. Bildirmişdi ki, Ermənistan ordusu patrul xidməti ilə əvəz olunacaq. Yəni Ermənistanda ağır hərbi texnika olmayacaq, sərhədi tüfənglə – avtomatla silahlanmış patrul xidməti qoruyacaq. Bu, Azərbaycanın tələbidir və o deməkdir ki, Ermənistan qeyd-şərtsiz təslim olub. Ermənistana vaxt verilib. Məlumatlar var ki, iyun ayı sonuncu vaxtdır, buna qədər sərhəddə erməni ordusu qalmayacaq, ordunun patrul xidməti ilə əvəzlənməsi prosesi həyata keçiriləcək”. Qasparyan bildirib ki, Ermənistanın bütün sərhədləri Azərbaycanın nəzarətində olacaq.
Bu barədə “Sherg.az"a danışan politoloq Vasif Əfəndi isə deyib ki, 2020-ci il noyabr sazişindən bu günümüzə qədər Ermənistan tərəfinin könüllü yerinə yetirdiyi öhdəliklərdən yalnız Kəlbəcər, Ağdam və Laçın rayonlarının boşaldılmasını qeyd etmək olar:

“Bu müddət ərzində Qarabağda qalmış silahların təhvil verilməsi də baş vermədi. Qarabağın denasifikasiyası 19-20 sentyabrda həyata keçirilən antiterror əməliyyatlarından, Xankəndinin işğaldan azad olunmasından sonra baş verdi. Yəni milliyətçi-faşist ünsürlər öz tərəfdarlarını da götürərək Azərbaycanı tərk etməyə məcbur oldular. Təbii ki, bu dəfə də Azərbaycan böyük humanizm göstərərək Laçın koridorunu açıq saxladı. Azərbaycana qarşı dövləti cinayətlərdə əli olan bir neçə şəxsin həbsi isə sırf hüquqi məsələdir”.
V.Əfəndinin sözlərinə görə, sərhədlərin delimitasiya, demarkasiya olunması məsələsi 10 Noyabr Bəyannaməsində öz əksini tapsa da, həmin sazişdə Ermənistanın denasifikasiya edilməsi nəzərdə tutulmamışdı: “Hətta 44 günlük müharibədən dərhal sonra bu mövzunu dəfələrlə gündəmə gətirməyə çalışmışam. Noyabr sazişində Qarabağın silahsızlaşdırılması nəzərdə tutulsa da, bu tələb həm də Ermənistana aid edilməlidir. Ermənistan bu günə qədər bütün qonşu dövlətlərə qarşı rəsmi ərazi iddiası irəli sürüb. Ermənistanın nəinki Azərbaycan və Türkiyəyə qarşı, hətta Rusiya torpaqlarına da ərazi iddiası var. Belə olan şəraitdə bu dövlət digər qonşu dövlətlər üçün təhlükə olaraq qalmaqdadır. Hesab edirəm ki, Ermənistanın denasifikasiya və silahsızlaşdırılması prosesi mütləq reallaşdırılmalıdır. Sözün açığı, Qasparyanın iddia etdiyi kimi, iyun ayına qədər Ermənistanın bu addımı atacağına və silahsızlaşmaya gedəcəyinə inanmaq çətin məsələdir. Xüsusən də bu məlumatı Araik Arutyunyan deyibsə, buna inanmaq sadəlövhlük olardı”.
Politoloqun fikrincə, reallaşacağı təqdirdə Ermənistanın silahsızlaşdırılması gələcəkdə regionun əmin-amanlığına xidmət edəcək. Bunun üçün də ilk növbədə 3 Qafqaz ölkəsi bir araya gələrək Qafqaz sülh müqaviləsi imzalamalıdır. Bundan sonra isə növbəti müqavilədə daha 3 region ölkəsi - Türkiyə, Rusiya və İran iştirak etməlidir ki, bölgədə əmin-amanlığa qarantiya verilsin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə
Putindən sərt xəbərdarlıq: Etməyə məcburuq
13:30 12.08.2026
Dünya
Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib
13:29 12.08.2026
İnfrastruktur
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
13:27 12.08.2026
Ölkə
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib
13:18 12.08.2026
Gündəm
“Toyota”nın keçmiş prezidenti Hiroşi Okuda vəfat edib
12:55 12.08.2026
Dünya
ABŞ Atlantikdə ələ keçirdiyi Venesuela tankerini satıb
11:57 12.08.2026
Dünya